40 yaşından sonra arıqlamağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 521
Səs ver:
(səs: 0)
Müəyyən addımlar arxada qaldı. Çox şey əldə olunub, uşaqlar böyüyüb və öz müstəqil həyatlarını yaşayır. Lakin güzgüdəki əksiniz sizi heç də sevindirmir. Tədricən hiss edəcəksiniz ki, kökəlmisiniz və bununla mübarizə aparmaq çox çətindir. Etdiyiniz pəhrizlərin xeyri olsa da, güzgüdəki əksiniz sizi yenə də sevindirmir. Dərinizin sallanması və solğun olması yanlış pəhrizdən istifadə etdiyinizi bildirir.
 
Bir gün yuxudan duranda kökəldiyinizi hiss edib pəhriz saxlamağa keçirsiniz. Lakin bunun təhlükəli olduğunu bilirdinizmi? 40 yaşından sonra sürətli olan pəhriz saxlamaq olmaz. Orqanizmdə konsentrasiya yağların istehsalı azalır, bu səbəbdən cinsi hormonlar pozulur.

40 yaşımdan sonra necə arıqlayım? Çoxları bu suala cavab axtarır və maye məhdudlaşdıran pəhrizləri axtarırlar. Bu isə ziyandır. Sinənizin, üzünüzün dərisi quruyacaq. Buna səbəb isə susuzluqdur. Əgər 20 yaşda sizin çəkiniz 48 idisə, bu o demək deyil ki, siz yenə də həmin çəkidə olmalısınız. Yaşla əlaqədar çəki artır, bunu böyütmək lazım deyil. Əsas odur ki, siz özünüzü rahat hiss edəsiniz, təngnəfəslik, baş ağrıları və ayaq ağrınız olmasın. Pəhrizin məqsədi gözəl əhval ruhiyyə, güzgüdəki əksinizin gülüşüdür. Hansısa rəqəmlər deyil. 40 yaşından sonra qadına kalorinin hesablanması arıqlamağa kömək edəcək. Siz gün ərzində çox yox 1500 kalori sərf etməlisiniz.

Çəkinizə fikir verdiyiniz kimi saata da fikir verin. Bəli, saata. Saat altını keçibsə, yemək yemək olmaz. Bu məsləhət 40 yaşını keçən qadınlara aiddir. Ancaq bu məsləhətdən düzgün istifadə etmək lazımdır. Yeməyinizi yarım saat tez yeyin.

Unutmayın ki, təkcə pəhriz saxlamaq lazım deyil, idman etmək də lazımdır. Ağır idman lazım deyil. Elə idman edin ki, ürəyiniz tez-tez döyünməsin. Ən yaxşısı yoqadır. Bunları edərkən  gülün. Gülüş 40 yaşından sonra arıqlamağın açarıdır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 521
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri