loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq əmizdirən analar üçün xüsusi pəhriz
Uşaq əmizdirən analar üçün xüsusi pəhriz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2380
Səs ver:
Hamiləlik zamanı qadınların həddindən artıq kilo almaları doğuşdan sonra onları narahat edən ən böyük problemə çevrilir. Bəzi xanımlar düşünürlər ki, uşaq dünyaya gətirəndən sonra, körpəsinə ana südü verdiyi üçün anaların pəhriz saxlamaları doğru deyil.

Mütəxəssislərin bəzi məsləhətlərə əməl edərək yenicə ana olmuş qadınlar pəhriz saxlaya biləcəklər. Qadınlar.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, çox ciddi olmamaq şərti ilə uşaq əmizdirən qadınlar da pəhriz saxlaya bilərlər.

Uşaq əmizdirmək ananın sağlamlığı üçün çox faydalıdır və nə qədər ana övladını ana südü ilə qidalandırırsa, onun enerjiyə, zülala, vitamin və minerallara ehtiyacı daha da artır.Uşaq ana südü vasitəsilə enerjinin böyük bir qismini anasından aldığı üçün yenicə ana olmuş qadın nisbətən arıqlamağa başlayır.

İlk olaraq, yadda saxlayın ki, əgər siz bu yaxınlarda ana olmusunuzsa, qızartma yeməklərdən uzaq olmalısınız. Əmizdirən qadın dərman, spirt və siqaret istifadə etməməlidir. Xeyli miqdarda çiy, təzə tərəvəz və meyvə qəbul  etməlidir.

Uşaq əmizdirən analara pəhriz resepti:

Səhər yeməyi:
1 stəkan süd
1 ədəd yumurta
5 ədəd zeytun
1-2 dilim çörək
1 x/q doşab
1 ədəd meyvə
1 ədəd kök yaxud da pomidor

Nahar  yeməyi:
1 boşqab ətli tərəvəzli yemək
1 kasa plov və ya makaron
1 kasa qatıq
1 dilim çörək

Az yağlı, mövsümə uyğun hər hansı bir salat

Amma yemək arasında 1 stəkan meyvə şirəsi, pendir də qəbul edə bilərsiniz.

Şam yeməyində də naharda təklif edilən qidalardan yeyə bilərsiniz.

Yatarkən isə 1 stəkan süd için.

loading...
Şərhlər:
Baxılıb: 2380
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz