Pəhriz üçün dadlı yeməklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 380
Səs ver:
(səs: 0)
Hər bir pəhriz aclıq, halsızlıq və stress deməkdir. Xörəkləri tərəvəzlərlə əvəz edib, duzu, yağı, çörəyi rasiondan çıxartmaq isə ləziz yeməkləri xoşlayan insan üçün əsl dəhşətdir. Arıqlamaq naminə gecələr ac yatmaq insanın yuxusuna da haram qatır. Bu rejim işgüzar insanın fəaliyyətinə də mənfi təsir edir. Bəs elə isə dadlı yeməklərdən imtina etmədən, necə arıqlamaq olar?

Pəhrizin məqsədi:
Bu pəhriz arıqlamağı problem edib, nəfsini cilovlaya bilməyən, iradəsiz tənbəllər üçün nəzərdə tutulub.

Dietik reseptlər:
Səhər acqarına meyvə yeyin, ya da istədiyiniz tərəvəzin şirəsini için.

Paştet:
Yağsız kəsmik və soyutma mal ətini maşından keçirib, 20 qr. süd ilə qarışdırın. Qarışığa xırda doğranmış şüyüd əlavə edib, zövqə görə duz və istiot tökün. Alınmış qarışığı istədiyiniz formaya salıb, süfrəyə verə bilərsiniz.
Soyutma balığı və yumurtanı ət maşınından keçirib, qarışığa 2 xörək qaşığı süd və xırda doğranmış cəfəri əlavə edib, qarışdırıb, formaya salın.

Salat:
Kələmin yarpaqlarını yuyub, qurulayıb, qaynar dəmirin üzərində qızardın. Kənarda ağ, duzsuz və
yağsız pendiri əzib, içinə krab çubuqları, doğranmış şüyüd və fındıq (badam) əlavə edib, qarışdırın. Duz və istiot çox az vurulur. Qarışıq kələmin içinə yerləşdirilib, bükülür və bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verilir.

İsti yemək:
Balığı doğrayıb, duzlayıb, üzərinə yarım limonun şirəsini sıxın. Bir stəkan suya töküb, bişirin. Başqa qazanda isə 50 qr. yuyulmuş düyüyə xırda doğranmış tərəvəzlər, yarım stəkan ət bulyonu və 1 stəkan su töküb bişirin. Düyünü balıqla birgə boşqaba çəkib, süfrəyə verin.
Şirniyyatdan imtina edə bilməyənlərə:

Desert:
 Almaların qabığını soyub, iki yerə bölüb, tumunu və saplağını təmizləyib, üzərinə darçın töküb,
ağzıaşağı vəziyyətdə qazana yerləşdirin. Üzərinə yarım stəkan su töküb, vam odda bişirin. Desert
süfrəyə isti və soyuq halda verilə bilər.
 Meyvələri xırda-xırda doğrayıb, üzərinə qatıq (yoqurt) və bəhməz (bal) töküb, qarışdırın. Süfrəyə verəndə üzərinə fındıq (badam) rəndələyin.

Kokteyl:
 Yarım stəkan südün içinə sürtgəcdən keçirilmiş istənilən meyvəni (banan, əncir və üzümdən başqa) əlavə edib, darçın səpib, süfrəyə verin.
 İstədiyiniz meyvələri (banan, üzüm və əncirdən başqa) şirəçəkən maşından çəkib, içinə 1 çay qaşığı dondurma və çərəz əlavə edib, qarışdırın.

Diqqət!

Pəhriz ərəfəsində ayaqüstü qəlyanaltıdan imtina etmək, şəkəri, duzu azaltmaq, çörəyi lavaşla və ya suxarı ilə əvəz etmək məsləhətdir.
Gün ərzində aclıq hiss edirsənsə, qatıq ye, qara, yaşıl, meyvəli və ya bitki çayı iç.
Axşam 6-dan sonra dəhşətli aclıq hiss edirsənsə, desert ye, ya da kokteyl iç.
 
 
Pəhrizin nəticəsi:
Artıq çəkidən xilas olmaq
Özünü rahat və yüngül hiss etmək
Qarın və aşağı ətrafdakı piyləri «yandırmaq» Sellülitdən azad olmaq
Dərinin elastikliyini qorumaq

Aşağı ətraflarda dəri yığılmasını və çöküntüləri hamarlaşdırmaq
Təmiz və təravətli üz dərisinə sahib olmaq.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri