2 günə arıqladan pəhriz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 043
Səs ver:
(səs: 1)
Yorğunsan? Artıq kiloların var? O zaman təqdim etdiyimiz bu pəhriz sənə kömək edəcək. Bunun üçün bizə tərəvəz, meyvə və mineral su lazımdır. Yerkökünü sokçəkən maşından keçirin. Ona bitki çayı əlavə edin. Bu, çobanyastığı, ya da nanə ola bilər. Aptekdən C vitamini almağı da unutmayın.
Pəhrizə başlamazdan əvvəl nəzərinizə çatdıraq ki, bu iki gün müddətində xüsusi güc tələb edən işlərinizi sonraya ertələyin. Gün ərzində filtirdən keçmiş 8 stəkan su için. Dietanın müddəti iki gündür
 
Birinci gün
Səhər yeməyi:
Günə meyvə salatı ilə başlayın. Bu, sitrus meyvələridir - qrreypfrut, portağal, yaxud naringi, bir parça ananas, alma və bir qədər üzüm. Salatın həcmi bir kasadan artıq olmamalıdı. İçməyə isə sadə limonlu çay, mineral su, yaxud kofe ola bilər. Süd qətiyyən olmaz!
 
Günorta yeməyi:
Eyni səhər yeməyi kimi meyvə salatı, içməyə isə çay, yaxud mineral su.
 
Axşam yeməyi
Meyvə insan orqanizmində həzm sisteminə çox kömək edir, onu tənzimləyir. Gün ərzində sadəcə meyvə yeyən insan təbii ki, gecə güclü aclıq hiss edəcək. Bu zaman bir dənədən çox olmamaqla banan yeyin. İçməyə çobanyastığı çayı için. Yuxu öncəsi adamı sakitləşdirir. Yatmazdan əvvəl mütləq kitab oxuyun.
 
Bundan əlavə gün ərzində acsanız mineral su, bitki çayı için. Həmçinin gündə 4 dəfə 2 tabletka vitamin C qəbul edin.
 
İkinci gün
Səhər yeməyi:
Bir stəkan yerkökü şirəsinə digər tərəvəzlər əlavə edin, üstünə duz və istiot da əlavə edin. 4 dənə pomidoru sobada qızdırın. Üstünə duz, istiot vurun. Sonra sevdiyiniz göyərtiylə yeyin. Yaxud meyvə salatı hazırlayın. Xiyarı, pomidoru, soğanı, yaşıl lobyanı, turpu bişirin. Üstünə dad verməsi üçün qırmızı, yaxud sarı istiot vurun. Duz, qara istiot və limon suyunu da əlavə etməyi unutmayın. Bitki çayı için.
 
Günorta yeməyi:
Brokolini soyutma bişirin, kələm, balqabaq, ispanaq əlavə edin. Əgər dadını bəyənməsəniz, bir qədər pendir də qata bilərsiniz. İçməyə bitki çayı, mineral su, yaxud tərəvəz soku.
 
Axşam yeməyi:
Dünənkini təkrar edə bilərsiniz. Gün ərzində vitamin C və bol-bol mineral su qəbul etmək lazımdır.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 8 043
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri