Badam da arıqladırmış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 652
Səs ver:
(səs: 0)
Amerikan həkimlərin apardığı araşdırmalara görə, gündə 15 badam yeyən insanların bel nahiyəsi daha tez incəlir.
 
"Amerikan City of Hope Medical”ın araşdırması ilə badamın arıqlamağa təsiri elmi olaraq sübut olundu. Həkimlər pəhriz saxlayan iki qrupu seçiblər. 10 həftə ərzində birinci qrupa az kalorili pəhriz və ara yeməklərdə bir qədər badam verilib. Badam verilən qrupun çəkisində 18%-lik azalma müşahidə edilib. Digər qrupda isə çəki cəmi 11% azalıb. Üstəlik birinci qrupun bel nahiyəsində 14%, badam yeməyən qrupda isə 9%-lik azalma olub.
 

Xərçəngdən qoruyur

Qoz, badam, fındıq, günəbaxan, fıstıq kimi çərəzlərin tərkibindəki yağlar ürək-damar xəstəliklərinə qarşı bədənimizi qoruyur. Bir çoxları çərəzlərin yüksək kalorili olduğunu düşünərək, pəhrizlərdə onlardan istifadə etmir. Ancaq bu araşdırma badamın çəki artırdığını deyil, əksinə, beli incəltdiyini göstərdi. Badam dəmir, kalsi, E vitamini, kalium, sinklə zəngindir. İçindəki amiqdalin maddəsi xərçəngdən qoruyur, Koenzim Q10 və Omeqa 3 isə qocalmanın qarşısını alır. Daima badam yemək pis xasiyyətli xolesterolu (LDL) 6-15 % azaldır.
 
Bunlara diqqət yetirin:
Çiy, qovrulmamış və duzsuz olanını alın.
Mümkünsə, qabıqlı və qabığı asan qırılana üstünlük verin.
Bir dəfədə 15 dənədən çox yeməyin. İşdə və çantanızda 15 dənəlik paket halında hazırlayıb saxlaya bilərsiniz.
Xüsusilə ara vaxtlarda yeyin. Az yağlı süd və ya ayranla əla ikili alınır.
Meyvələri badamla yeyəndə daha çox tox qalarsınız.
Yeməyə heç nə olmasa 50 dənə badamı bir öyün kimi yeyə bilərsiniz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri