İdman etmədən arıqlamağın 10 qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 7 789
Səs ver:
(səs: 2)
1. Yemək yeməyə həmişə 1 stəkan su içməklə başlayın. Su mədənizi doldurub toxluq hiss etmənizə kömək edəcək.
 
2. Hər yemək yediyinzdə düzgün seçimlər edin. Yeməkdən sonra paxlava, şəkərbura kimi şirin şeylər yerinə təzə meyvələrə üstünlük verin.
 
3. Şirniyyat olaraq bir tikə şokolad yeyin. Şirin kökələr, tortlardan uzaq durmağa çalışın.
 
4. Hər yemək zamanı sağlam və az kalorili qidalar seçməyə çalışın. Porsiyalar az olsa da, əsas sağlam qidalardan ibarət olmasıdır.
 
5. Vaxtınızı idman salonlarında, qaçmaqla itirməkdənsə elə gündəlik həyatınızda hərəkətli olmağa çalışın. İş yeri yaxındırsa, gəzərək getmək, lift əvəzinə yuxarı mərtəbəyə piyada çıxmaq daha faydalıdır. Piylənməklə mübarizə üçün ilk addım hərəkətli bir yaşamdır.
 
6. Kalorisi yüksək içkilərdən (kola, meyvə suları) uzaq durun. Bu içkilərin yerinə ayran, soda kimi kalorisi aşağı olan içkilərə üstünlük verin.
 
7. Çox uzun müddət ac qalmayın. Az yemək düzgün olsa da, gün boyunca ac qalıb axşam şirniyyat, makaron kimi qidalara hücum etmək həm sağlamlıq baxımından düzgün deyil, həm də pəhrizinizi korlaya bilər. Günorta yeməklərində sağlam qidalar mütləq olmalıdır. Bu, həm də qan şəkərinizi nizamlayacaq.
 
8. Günorta yemək yeyərkən, çips kimi yüksək kalorili qidalardansa, yüksək protein və lifli qidalara üstünlük verin.
 
9. Axşam yeməyini yatmadan 2-3 saat əvvəl yeyin. Çox gec yemək həzm sistemi və yuxu rejiminizə ziyandır.
 
10. Yetərincə yatın. Yuxunun kəm olması çox yemənizə, iş yerində yorğun hiss etmənizə səbəb olur. Azı 7 saat yatmağa çalışın.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 7 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri