Pəhrizdən qorxanlar oxusun: sizin üçün bəhanələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 756
Səs ver:
(səs: 1)
1. "Pəhrizini niyə yarımçıq qoydun?” sualına ən çox verilən cavab "şəkərim düşdü” olur. Əgər ağıllı, düzgün pəhriz saxlasanız, onda şəkəriniz heç vaxt düşməz. Pəhrizdə olduğunuz halda sevdiyiniz şirniyyatı görəndə şəkəriniz əlbəttə düşər. Ancaq uzun müddət sağlam şəkildə davam edən pəhriz şəkərin düşməsinə səbəb olmayacaq. Buna görə rasionuna bol meyvə daxil olan pəhriz  saxlayın. Meyvə həm də sizin şirniyyat ehtiyacınızı ödəyəcək.
 
2. Pəhriz məni depressiyaya salır. Xoşbəxtlik hormonunun ifrazını sürətləndirən şokolad kimi şirniyyatlardan, vermişel, çörək kimi qidalardan uzaqlaşmağınız pəhrizin üçüncü günündə özünüzü bədbin hiss etmənizə səbəb ola bilər və bu, normal haldır. Buna görə sizi xoşbəxt edən qidaları qida rasionunuzdan birdəfəlik deyil, yavaş-yavaş çıxarın. Çiyələk, kəpəkli makaron və banan yemək stressinizi yox edəcək.
 
3. Siqareti atdım, pəhriz saxlaya bilmərəm. Siqaretin iştahanı bağladığını düşünənlər siqareti tərgitdikdən sonra çəki artımından qorxurlar. Bunun üçün siqareti atdıqdan sonra özünüzü məşğul edin, planlar qurun. Aclıq hiss edəndə, siqaret yadınıza düşəndə dərhal bir alma, ya başqa meyvə yemək o anın krizini ötürməkdə kömək edəcək. Mütəxəssislər siqaretin atıldığı dövrü yemək vərdişlərini dəyişmək üçün ən uyğun zaman hesab edirlər.
 
4. İşlədiyim üçün pəhriz saxlaya bilmirəm. İşləyən insanlar işlədikləri üçün pəhrizlərinə riayət edə bilmədiklərindən şikayətləndikləri halda, evdə oturub pəhriz saxlayanlar başlarını qatacaq bir məşğuliyyətlərinin olmamağından şikayətlənirlər. Buna görə gündəlik planınıza uyğun pəhriz saxlayın.
 
5. Genetik olaraq kökəm. Ailəlikcə köksünüzsə, bu, sizə həm də psixoloji olaraq mənfi təsir göstərə bilər. Ailənizdə hamı kök olsa belə, sağlam bir pəhrizlə artıq çəkilərinizdən xilas ola bilərsiniz.
 
6. Sadəcə su içsəm, işimə yarayacaq. Bəzi insanlar bədənlərinin pəhrizə uyğun olmadığını düşünürlər. Su içməklə bütün problemlərinin həll olunduğunu düşünən bu insanlar asanlıqla pəhriz saxlamazlar. Ancaq edilməsi vacib olan tək şey sağlam pəhriz saxlamaq və kalorili qidalardan uzaq olmaqdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri