Ən uğurlu pəhrizin sirri açıldı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 131
Səs ver:
(səs: 1)
Oksbricin alimləri deyirlər ki, uğurlu pəhrizin sirrini tapıblar. Mütəxəssislər hesab edirlər ki, hamı üçün ideal pəhriz yoxdur, arıqlamağın və sağlam çəkini saxlamağın sirri isə hormonal fon, genlər və insan fiziologiyasının əsasında düzgün tərtib olunmuş rasionun seçilməsidir.
Qidanın həzm olunması və artıq kiloların yaranmasında bu amillərin hər biri vacib rol oynayır. Alimlər həyat tərzi və qidalanmaya görə insanları üç geniş qrupa bölüblər: - "ziyafətdəkilər" - doymaq hissi olmadığından daim yeyənlər - "atışdıranlar" - yemək haqda düşünməməyi bacarmayanlar - "emosional aclar" - müxtəlif problemləri yaranan zaman onları yeməklə "yeyənlər". Tədqiqatçıların fikrincə, hər bir qrup müəyyən pəhriz növünə fərqli reaksiya verir. Onlar üç nəzəriyyəni 75 könüllü (hər qrupda 25 nəfər) üzərində 3 ay müddətində sınaqdan keçiriblər. Bu qrupları identifikasiya edərək alimlər onların hər biri üçün xüsusi pəhrizlər hazırlayıblar. Məlum olub ki, "daim atışdıranlar" üçün 5:2 pəhrizi uyğundur (həftənin iki günü 800 kaloridən artıq yeməmək, sonrakı 5 gün isə adi qaydada qidalanmaq). "Emosional acları" psixoloji zərbələr zamanı yalnız yaxınlarının dəstəyi çox yeməkdən xilas edə bilər. Özlərini daim "ziyafətdə" hiss edənlər isə pəhriz seçmədən öncə çox yeməklərinin səbəbini axtarmalıdırlar. Çünki problem bir tərəfdən metabolizmin xüsusiyyətlərindən asılıdırsa, digər tərəfdən dərin psixoloji kökləri ola bilər, burada isə tibb işçilərinin məsləhəti vacibdir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri