Arıqlamağa kömək edən qidalar

Müəllif: emis
Şərhlər: 11
Baxılıb: 32 746
Səs ver:
(səs: 6)
Bəzi qidalar arıqlamağa kömək edir. Onları qarışdırıb birlikdə yedikdə isə təsirləri daha da güclənir.

Kişmiş və ləbləbi qarışığı:
Bir çay stəkanı kişmişlə ləbləbini çantanıza qoyaraq getdiyiniz hər yerə apara bilərsiniz. Özünüzü ac hiss edəndə kökəldən şirniyyatlar əvəzinə bu qarışıqdan yeməklə həm sağlamlığınızın, həm də ideal kilonuzun qayğısına qalacaqsınız. Kişmişlə ləbləbi tərkibindəki vitamin və minerallarla da sağlamlığınıza yaxşı təsir edəcək. Kalorisi az olduğundan piylənməyə səbəb olmayacaq.

Fındıq və kişmiş
Fındıq arıqlamağa kömək edən çərəzlərdəndir. Tərkibindəki yağlar olduqca faydalıdır. Onu kişmişlə birgə yedikdə daha çox dəmir və flavonoidlər qəbul etmiş olarıq. Bu da orqanizminizdə maddələr mübadiləsinin sürətlənməsinə səbəb olar.

Qoz
Omeqa 3 yağı ilə zəngin olan qoz insanı tox saxlayır. Həmçinin, maddələr mübadiləsini sürətləndirir və yağların əriməsinə kömək edir. İnsanın özünü gümrah, enerjili hiss etməsinə səbəb olur. Odur ki, yemək aralarında 1 ovuc qozla 1 ədəd alma və ya hər hansı başqa meyvə ilə birlikdə yemək arıqlamağınıza kömək edəcək. Təbii ki, bunu gündə bir dəfədən artıq etmək olmaz.

Süd və tünd şokolad
Şokolad insana həm xoşbəxtlik bəxş edir, həm də maddələr mübadiləsini sürətləndirir. Ancaq şokoladı südlə birlikdə yemək arıqlama prosesisni sürətləndirir.

Meyvəli qatıq
Qatığın içərisinə çiyələk, ərik, armud kimi meyvələr doğrayaraq onu həm daha ləzzətli, həm də daha faydalı bir qidaya çevirə bilərsiniz. Qatığın tərkibindəki probiyotiklər immunitet sistemini gücləndirir.

Ayran
Qazlı və şəkərli içkiləri həyatınızdan çıxarın. Onların əvəzinə həm dadlı, həm də sağlmalıq üçün möcüzəvi təsirləri olan ayrana üstünlük verin. Ayran kökəltmir və immunitet sisteminizi gücləndirir.

Pendir və cəfəri ilə hazırlanan buterbrod
Elə zənn edirik ki, tərkibində çörək olduğu üçün buterbrod kökəldən bir qidadır. Ancaq pendir çörək və cəfəri ilə birlikdə yeyildikdə maddələr mübadiləsini sürətləndirir. Bu da arıqlamağınıza kömək edir.

Süd
Gün ərzində iki stəkan isti süd içmək toxluq hissi verir. Həmçinin, maddələr mübadiləsini də sürətləndirir.

Qatıq, yulaf və qoz
Yulaf bol miqdarda lif ehtiva edir. Həzm sisteminə müsbət təsir edir. Həzm sistemində yaranan problemləri aradan qaldırır. Yulafı qoz və qatıqla qarışdırıb yedikdə isə maddələr mübadiləsi inanılmaz dərəcədə sürətlənir. Bu, arıqlamaq üçün ideal reseptdir.

Qatıqla cəfəri
Qatığın tərkibindəki kalsium piyləri əridir, eyni zamanda köpü azaldır, arıqlamağa kömək edir. Gecə yatmazdan öncə 1 stəkan qatığa biraz cəfəri doğrayıb qarışdıraraq yeyin.
(səs: 6)
Şərhlər: 11
Baxılıb: 32 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri