Bədən quruluşuna ziyanı olmayan kalorili qidalar - SİYAHI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 017
Səs ver:
(səs: 3)
Pizza, şəkər, kərə yağı – bu yeməkləri yeyərkən əyninizdəki cins partlama həddinə çatır.Bu zərərli qidaları zərərsiz şəkildə yeməyin qaydalarını təqdim edirik.

İsti şokolad
Kakao polifenolların istifadəsi, antioksidant təsirli olub immuniteti gücləndirməklə yanaşı iltihab proseslərinin bakteriyaları ilə mübarizə aparır, ürək xəstəliyinin də qarşısını alır. Ancaq südlü şokoladlarda bu polifenollar dükana gəlib çatana kimi artıq yox olur. Buna görə isti şokoladdan zövq alın.

Kərə yağı
Kərə yağının yeməklərimizi dadlandırdığı danılmazdır. Əsas olan təmiz kərə yağı seçməkdir, marqarin yox. Marqarin yağının tərkibində pis xolesterolu artıran, 5 qat daha çox trans (doymuş)  yağlar da var. Doymuş yağların ürək xəstəliyinin səbəbləri sırasında olduğu deyilir. Ancaq gündə bir paket kərə yağı deyil, qaşıq resepti ilə istifadə edin. Könlünüzdən yağlı çörək keçirsə, zeytun yağından istfadə məsləhətli olar.

Kartof
Çox hallarda smetan, pendir ilə bişirilmiş, donuz əti və qızardılmış şəkildə daha çox yeyilir. Yüksək B6 vitamini və lifə görə "yeni kələm” adlandırılır. Qabıqlı şəkildə bütov halda yemək daha faydalıdır.
İstifadə etdiyiniz yağlı sousları və yağı zeytun yağı, sarımsağa dəyişin.

Pizza
Bir parça pizza insana ziyanı deyil, əslində xoşbəxtlik hormonunun artımına kömək edir. Yedikdən sonra köp hiss etmək istəmirsizsə, az yağlı, tərəvəz və pendiri çox olan pizza yeyin.

Şəkər
"Şəkər” deyəndə ağıla ilk gələn konfet, pirojna, tort olur. Sağlam orqanizm şəkəri lazımlı qlükozaya çevirir. Məhz qlükoza işdə işləmək, ya uzun məsafəni qət emək üçün lazım olan enerjini bəxş edir. Qlükozanı konditorlarda bişən şirniyyatlarla deyil, çaya bir qaşıq bal əlavə etməklə, ya da meyvələrdən əldə edin.

Popkorn
Duzlu, ya şirin, ancaq həmişə yağlı popkorn - onsuz kinoya baxmaq ləzzət etmir. Bunun əvəzinə mikrodalğalı sobada bişirilən kukuruzlara nə deyirsiz? 1 stəkanında sadəcə 31 kalori var.

Un məmulatları
Tam buğda çörəyi, qəhvəyi düyü, makaron sağlamlığa faydalı olub diabet və xərçəng, ürək xəstəliyi riskinin qarşısını alır.

Fıstıq yağı
1 yemək qaşığı fıstıq yağı 100 kaloridən ibarət olur. Təmiz fıstıq yağ seçin. Tərkibində ancaq fıstıq olsun.
Çörəyin üzərinə deyil, yer kökü, ya almaya yaxıb yeyin.

Pendir
Süd məhsulu olan pendir qan təzyiqi və qan şəkərini aşağı salaraq çəkiyə nəzarət edir, ömrü uzadır. Ancaq gün ərzində 100 qramdan çox yeməyin.

Souslar
Dükanlardan alınan souslara şəkər, natrium, palma yağı da qatılır. Ən yaxşısı bunları evdə özünüz hazırlayın
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri