Arıqlamağa kömək edən 9 səhər vərdişi

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 3 236
Səs ver:
(səs: 5)
Demək olar ki, hər birimizin hər gün eyni zamanda etdiyimiz vərdişlərimiz (rituallarımız) var.

Bunlardan həm xeyirli həm də xeyirsizləri var.(xeyirsizlər daha çoxdur...) Önəmli olan isə onlardan hansıların sağlamlığımıza xoş təsir göstərdiyini ortaya çıxartmaqdır. Bu gün biz sizinlə məhz bunu müzakirə edəcəyik. Beləliklə sağlamlığımıza xoş təsir göstərən və arıqlamağa kömək olan 9 vərdiş...

Çarpayıda dartının...
Yuxudan oyanan kimi dərhal və sərt(tələsərək) çarpayıdan qalxmayın. Əsasən sizdə hipotoniya (qan təzyiqinin azalması) və ya əksinə təzyiqinizin qalxma ehtimalı varsa bu baş beyin damarlarının spazmına bu izə öz növbəsində baş ağrısına səbəb ola bilər.Beləliklə səhər baş ağrısı ilə oyanmanıza səbəb ola bilər.Günü yaxşı başlamaq üçün bir neçə sadə hərəkətlərlə başlaya bilərsiniz. məs:çarpayıda kürəyi üstə uzanaraq, əllərinizi bir yerdə tutaraq yuxarıya doğru, ayaqlarınzı isə aşağıya doğru uzadın(dartının).Bunun fitnes trenerləri məsləhət görür.Bu və ya digər hərəkətləri etməklə bir neçə dəqiqə sərf edərək günə rahat və yaxşı əhval ruhiyyə ilə başlamış olacaqsınz.

Ac qarnına 1 st. su için...
Yeməkdən 30 dəqiqə əvvəl su içmək lazım olduğunu artıq demək olar hamı bilir. Bu iştahı öldürüb, aclıq hissini aşağı salır. Amma səhər tezdən çoxlarının iştahı onsuzda olmur və olanı da su ilə öldürmək lazımdırmı? Amerika qastroenteroloqu Mayla Pikkonun dediyinə əsasən hər gün səhər yeməkdən 30 dəqiqə əvvəl ilıq su içdikdə həzm sistemində heç bir problem yaranmır. Bu isə həm sağlamlıq həm də arıqlamağa bir başa köməkdir.

Otağı mümkün qədər işıqlı edin...
Alimlərin fikrinə görə son zamanlar həyatımızda səhərlər işığın az olması, axşamlar isə onun həddən çox olması bioloji siklin qırılmasına gətirib çıxarır, bu isə aclıq hormonu olan qrelinin istehsalına səbəb olur.

Səhər yeməyindən öncə gəzintiyə çıxın və ya bir neçə kardiohərəkət edin...
Yeməkdən əvvəl məşq etdiyiniz halda, enerji istehsalı üçün orqanizm enerji ehtiyatlarını istifadə etməyə məcbur olacaq bu isə dərialtı piyi olan insanlar üçün çox əlverislidir.Buna çox vaxt sərf etmək lazım deyil. Standart 15 dəqiqəlik hərəkətlər kifayət edər.Tez addımlarla gəzmək də kardioloji hərəkətlərə alternativ evezedici sayılır.

Hərəkətləri müsiqi sədaları altında edin...
Səhər məşqində daha çox kalori sərf etmək üçün sizə xoş təsir edən və hərəkət etməyə məcbur edən musiqiləri seçin. İDEA fitness assosiasiyasının eksperti Petra Kolberin fikrinə əsasən məşq üçün seçdiyiniz musiqiləri dəyişməyib eynilə hər gün məhz onlardan istifadə edin, bununla orqanizm adət halına keçərək o musiqiləri duyduqda aktiv enerji sərfetmə rejiminə keçəcək.

Tərkibində çətin sellülozlu karbohidrat və zülallar olan məhsulları uyğunlaşdırın...
Səhərlər nə yemək lazım olduğu haqda çox məqalələr yazılıb. Əsasən qarışıqsız dənli bitkilər və ya tərkibi zülalla zəngin məhsullar (yumurta, kəsmik)məsləhət görülür. Əslində isə səhər rasionuna zülal və dənli bitkilərlə bərabər çətin karbohidrat və selüllozlu məhsullar da (siyiq, meyvə, tərəvəz) əlavə etmək lazımdır.Əsas iş bizim fizilogiyamızdadr ki, karbohidratlar bizi enerjiylə təmin edib, beyinin işləməyinə təkan verir,zülal isə toxluq hissinin təmin edir. Beləliklə ən ideal səhər yeməyi yarım qab yulaf yarmasi(ovsyanka) , 100-150 qr yağsız kəsmik , kahı yarpaqları və 2 dilim çovdar çörəyi. Bu təxmini 300-350 kkal olacaq.

Bitki çayı dəmləyin...
Səhər yeməyinə qara çay və ya kofe əvəzinə ,bitki çaylarına üstünlük verin. Çox bitki çayları artıq mayeni orqanizmdən çıxardaraq, immun sistemini möhkəmləndirir. Yox əgər kofeinsiz içkisiz ayıla bilmirsinizsə, o zaman kofe və ya çayı işə çatdıqdan sonra için.

Özünüzlə ev yeməyi götürün...
Arıqlamaq istəyirsinizsə sabah üçün dietik nahar (toyuğun döş əti hər hansı bir qarnirlə(yağsız)), axşamdan hazırlamağa tənbəllik etməyin. Evdə hazırlanan nahar kaloriləri nəzarət altında saxlamağa köməkçi olacaq.

Dişlərinizi lazımı qaydada yuyun...
İnanmayacaqsıznız , amma... JournalofDentalResearch-da nəşr olunan araşdırmalara əsasən karies və ağız boşluğunun xəstəliklərini yaradan Selenomonasnoxia bakteriya növü artıq çəkinin yaranmasına da səbəb olur. Buna görə səhər yeməyindən sonra dişlərinizi fırçalayarkən, tələsməyin. Bu prosedura lazımı vaxtı ayırın.

Sonda demək istərdik ki, mütləq olaraq bu qaydaları deyil, özünüzün oz orqanizm və iş prinsipinə uyğun və ən əsası isə sağlamlığınıza xeyirli olan vərdişləri yaratmanız sizin üçün çox xeyirli olacaq. İlk etapda çətin olsa da zamanla orqanizminiz artıq bu prinisplərə öyrəşərək sağlam həyat tərzi sürmüş olacaq.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 236
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri