Ulduzların və tanınmış xanımların pəhrizləri

Müəllif: C_E
Şərhlər: 1
Baxılıb: 12 073
Səs ver:
(səs: 3)
1. Amerikalı məşhur müğənni Beyonce Knovles nə zaman alışverişə çıxsa,özünə bir bədən kiçik gələn bir cins şalvar aldığını və bu şalvara girə bilmək üçün pəhrizə girdiyini söyləyir.

2. Məşhur müğənni Ladi Gaga, səhər yeməyində xəmir işləri və çörək yerinə tam taxıllı gevrəklər və meyvə yeməyə üstünlük verir.

3. Cameron Diaz nə qədər çox iş proqramı olsa belə,günə səhər yeməyi yemədən başlamır.Məşhur ulduz səhər yeməyi sayəsində metabolizmin daha sürətli işlədiyini söyləyir.

4. İki övlad anası olmasına baxmayaraq,gözəl vücudu ilə diqqətləri toplayan Britney Spears mətbəxindən duzu təmamilə çıxartmışdır.Onun fikrincə,çox duzlu yemək bədəndə şiş olmasına səbəb olur.

5. Spice Girls qrupunun ulduzu Melani Brovn ləzzətsiz olduğu üçün pəhriz yeməklərini sevməyənlərə ədviyyat istifadəsini dayandırmağı təvsiyə edir.

6. Amerikalı müğənni Gven Stefani hər gün 6 dəfə yemək yediyini və porsiyaları kiçiltdiyini söyləyir.

7. Gecə həyatına alışqın olan Kati Hudson gecələr alkaqollu içkilərdən uzaq durur.

8. Keçmiş Playboy ulduzu Cenni McCarthi nə zaman kilo alsa,ispanaq şorbası yeməklə arıqlayır.

9. Məşhur ulduz Cenifer Aniston tərəvəzlərdən xiyarın onun üçün mühüm olduğunu söyləyir və hər ara yeməklərdə xiyar yediyini bildirir.Bu onun cildinə də yaxşı təsir göstərir.

10. Ashley Grin həftədə 6 dəfə pilateslə məşğul olaraq arıq qalmağı bacarır.

11. Məşhur televiziya ulduzu Kim Kardaşian hər axşamdam əvvəl 250 dəfə velosiped hərəkəti edir və bununla formasını qoruyub saxlayır.

12. Kim Kardaşianın bacısı Kloye Kardaşian isə boksla məşğul olmaqla bədənini formada tutur.

13. İki övlad anası Gvinet Peltrou ildə 6 ay detoks edərək bədənini lazımsız maddələrdən təmizləyir və bunun sayəsində immunitetini artırır.

14. Ferqi rəqs etməklə kilolardan xilas olur.Evdə boş vaxtlarında dayanmadan rəqs edir.

15. Məşhur aktrisa Cessika Biel nə vaxt restorana getsə,qarşısına gələn yeməklərin yarısını masada buraxır,belə halda hər istədiyini yeyir və çox kalori almır.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 12 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri