Pəhrizin təsirini daimi etməyin yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 604
Səs ver:
(səs: 3)
Əgər pəhrizi gözəl tətbiq edə bilir və təsirini görürsünüzsə, ancaq pəhrizi dayandırdıqdan sonra əvvəlki çəkiniz geri qayıdırsa,

o zaman bu xəbər məhz sizin üçündür. Pəhrizdən sonra çəkinin geri qayıtmamağı üçün sizə bir neçə tövsiyyəmiz var. Əgər pəhriz sonrasında xüsusilə də idman etmirsinizsə, çəkdiyiniz bütün əmək hədər olur. Çünki bədəndə həm yağlanmalar, həm də sallanmalar başlayır. Bu səbəblə hərəkətli bir həyat tərzinin lazımlı olduğunu söyləməliyik. Əgər idman salonlarına getmək üçün vaxt tapa bilmirsinizsə, evinizdə də məşqlər edə bilər və bu kimi halların qarşısını ala bilərsiniz.

Pəhrizi saxladıqdan sonra qidanıza da xüsusi diqqət etməlisiniz. Nəyi necə gəldi yemək olmaz. Gərəyindən çox yeməməli, zərərli atıştırmalıqlara ya da fastfoodlara qayıtmamalısınız. BUnlardan mümkün qədər uzaq durun.

Bəzi bitkilər, qidalar bədəninizin yığılması üçün olduqca təsirli həll üsuludur. Bədənin yığılması dedikdə dəri təbəqəsinin sallanmaması nəzərdə tutulur.

Lavanda bu mövzuda ən təsirli bitki olaraq bilinməkdədir.

Lazım olan ərzaqlar:

1 kasa dəniz duzu
2 yemək qaşığı yulaf unu
2 yemək qaşığı üyüdülmüş lavanda
1 yemək qaşığı küncüt yağı
1 yumurtanın ağı

Necə tətbiq edilir?

Saydığımız bütün vəsaitləri qarışdıraraq bədəninizin sallanan bölgələrinə krem sürtdüyünüz kimi yayın. Təxmini olaraq yarım saat gözlətdikdən sonra ovaraq çıxarın. Əgər gözləmək üçün kifayət qədər vaxtınız varsa, 1 saat boyunca da gözləyə bilərsiniz.

Təsirini daha da artırmaq üçün isə lavanda tətbiqinin ardından bir resepti də tətbiq edə bilərsiniz. Bunun üçün etməniz lazım olan budur: portağal suyu, üzüm şirəsi, limon suyu, alma suyu və bir yemək qaşığı balı bərabər miqdarda qarışdırmaq. İki dilim sarımsağı süddə bişirin və əzərək bu qarışığa əlavə edin. Qarışığı bütün bədəninizə sürtün və 20 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 604
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri