Artıq çəkilərdən pəhrizsiz qurtulun – YOLLARI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 069
Səs ver:
(səs: 1)
Hər səhər müntəzəm səhər yeməyi yemək, porsları kiçiltmək, loxmanı ən az 15 dəfə çeynəmək fərqinə varmadan arıqlamanıza kömək edəcək ipuclarından sadəcə bir neçəsidir.

Artıq çəkiləri atmaq üçün ipucları təqdim edirik.

Qatı yağlar, kərə yağı, krem, yağlı souslar və quyruq kimi heyvan mənşəli yağlardan uzaq durun. Gündə ümumi kalorinin yüzdə 20-25-i yağlardan əldə edildiyi üçün pəhriz boyunca maksimum 4-5 yemək qaşığı yağ istifadə edin. Yeməklərin suyunu içməmək, şorba, tərəvəz, paxlaları, əti az yağda bişirmək arıqlamağı asanlaşdırır.

Müntəzəm səhər yeməyi yeyin. Səhər yemək yeməyib gün ərzində digər porsları yeyənlər daha tez kökəlir. Günün ən önəmli rasionu olan səhər və günortanı çox yeməli, axşam isə günorta yeməyinin yarısı qədər yeməlisiz. Səhər yeməyində yumurta, pendir, taxıllı çörək və təzə meyvələr yeyin.

Qana birbaşa keçən şəkərdən uzaq durun. Şirniyyatlar, xəmir xörəklər arıqlamanıza mane olan təhlükələrdir.

Porsları kiçildin. Bununla obez olanların hər ay ən az 4-6 kq arıqlamaları mümkün olur.

Bol pəhriz lifli və az kalorili təzə meyvə, tərəvəz yemək daha asan çəki atmağa kömək edir. Gündə üç dəfə yeyin.

Ac qalaraq arıqlamaq mümkün deyil!

Yüksək tempdə uzun müddət gəzmək lazımdır. Hər gün, əgər işiniz çoxdursa, həftədə ən az üç dəfə 45-60 dəqiqə yüksək tempdə piyada gəzin, ya da orta tempdə qaçın.

Çox uzun müddət ac qalmayın. Arqlamaq üçün ac qalmaq, ya da yeməklər arasındakı məsafəni dörd saata qədər uzatmaq arıqlamağın qarşısını alır. 4 saatı keçmədən üç əsas, bir ara yeməklə çəki atmağı öyrənmək lazımdır.

Yeməyi həmişə eyni saatlarda yeməyə çalışmalısız. Yaxşı arıqlamaq üçün yemək rasionlarını bioritminizin saatına uyğunlaşdıraraq yeyin.

Tez-tez, tələsik yeməyin. Tələsik yemək mədə və bağırsaqlarda toxluq hormonlarının çalışmasını pozduğu üçün doyma hissini ortadan qaldırır. Loxmanızı ən az 15 dəfə çeynəyin.

Arıqlamaq üçün kalorini kəsinliklə azaldın. Səhər 400, günorta 500, axşam 300 kalorini keçməyin. Ara yemək də 100 kalori olmalıdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri