Axşam saat 6-dan sonra yemək adamı niyə kökəldir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 366
Səs ver:
(səs: 4)
Axşam saat 6-dan sonra yeməməklə arıqlamaq olar. Amma bəzən bu prinsip gözlənilən nəticəni vermir. Çünki insanların həyat tərzi və orqanizmin bioritmi müxtəlifdir. Bu sistemi yuxudan tez oyanan insanların orqanizmi daha yaxşı qəbul edir. Belə insanlar yuxudan səhər 6-da oyanıb, günlərini aktiv keçirib, 18:00-da şam edib, 1-2 saatdan sonra yatırlar. Beləcə, orqanizm aktiv işləyib, gün ərzində qəbul olunan qidanı rahat həzm edir. Gec yatıb, gec oyanan insan ücünsə bu sistem işə yaramır.

Gec yatan insanın rejimi:
-O, səhər idmanını sevmir. İdmandan sonra özünü yorğun və halsız hiss edir.

-Səhərlər iştahası olmur. Amma buna baxmayaraq, səhər doyunca yeyib, işə yollanır. Çünki düşünür ki, onsuz da axşam yeməyəcək.

-Arıqlamaq üçün pəhriz saxlayır. Amma pəhrizin ilk yeməyi doyumlu olur.

Nəticə
Yuxudan doymayan orqanizm qidanı pis həzm edir. Ona görə də qidanın bir hissəsi əsas piylərə çevrilir. Gec yatan insan gün ərzində naharsız qalıb, axşam 6-dan sonra evə qayıdır. Axşamsa arıqlamaq məqsədilə yemir. Səhər isə onun orqanizmi tez yatıb, yuxudan tez oyanan insanın orqanizmi kimi çalışır. Lakin aktiv yeməyə öyrəşən mədə ertəsi gün canavar aclığı hiss edir və daha çox yemək tələb edir. Mədə şirəsini ifraz edir. Qida mədəyə daxil olmadıqda isə mədə xorası əmələ gəlir. Ona görə də arıqlamaq həvəsində olan insanlar gündüz yeməklərinin miqdarını tədricən azaltmalıdırlar. Yatmazdan 4-5 saat əvvəl yeməyinizi rahat yeyin. Əgər gec yatacaqsınızsa, axşam saat 6-da yeməkdən çəkinməyin.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 6 366
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri