Qısa müddətdə arıqladan bikini pəhrizi

Müəllif: aliceWOnDer
Şərhlər: 3
Baxılıb: 2 794
Səs ver:
(səs: 0)
Tətil rezervasiyaları çoxdan başlayıb, amma qışda aldığımız çəki heyranlıqla baxdığımız bikiniləri almağa imkan vermir. Türkiyəli diyetoloq Seçil Kenarın hələ də istədiyi çəkiyə çatmamış xanımlar və bəylər üçün həm sağlam, həm də qısa müddətdə arıqladan pəhriz reseptini təqdim edir:

Seçil Kenar hesab edir ki, 3-4 kq. arıqlamaq üçün ağır pəhrizlər saxlamaqdan çəkinmək lazımdır. Onun sözlərinə görə, gündə 3 dəfə və vaxtında yemək sağlamlığın və gözəl bədən quruluşunun birinci şərtidir.

Eyni zamanda yeməklərdə bol-bol pörtdədilmiş və ya buğda bişirilmiş tərəvəz istehlak etməlisiniz.

Gündə 2 litr su için.

Gündə 1 stəkan mineral su, 2 stəkan yaşıl çay için.

Pəhrizdə meyvə porsiyalarını artırıb, yağlı-şəkərli qidaları azaldın.

Menyuda toxluq hissi verən lifli qidalara üstünlük verin.

Hazır meyvə suyu içməyin!

Səhər
1 kasa qatıq
6 ədəd çiyələk
2 ədəd qoz
1 dilim ananas
 
Qəlyanaltı
3 ədəd təzə ərik

Günorta
1 kasa tərəvəz şorbası
1 kasa qatıq
Saat 2-4 arası
1 dilim qarpız + 1 dilim pendir
2-3 ədəd kəpəkli biskvit

Axşamüstü
1 boşqab pörtdədilmiş və ya buğda bişirilmiş tərəvəz
1 kasa qatıq

Gecə
1 ədəd alma
6 ədəd çiy badam
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri