Detoks pəhrizi ilə arıqlayıb gözəlləşin

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 831
Səs ver:
(səs: 2)
Detoks orqanizmə daxil olan bütün zəhərli maddələri təmizləyən qısa müddətli pəhrizdir. Bu qısa müddət ərzində həzm və ifrazat sistemlərinin gərgin fəaliyyətinə fasilə verilir. Beləliklə, orqan və toxumalarda yığılan zərərli maddələr bədəndən xaric edir. Detoks həm həzm sistemini yaxşılaşdırır, həm də aşağı kalorili qidalar qəbul etdiyiniz üçün artıq çəkidən xilas edir.  

Detoks pəhrizi necə saxlanılır?
Detoks pəhrizləri müxtəlif cürdür. Detoks bir günlük də, bir həftəlik də, iki həftəlik də ola bilər. Detoks pəhrizi edərkən pəhrizə sadiq qalmalı, səbirli və qərarlı olmalısınız. Bu pəhrizdə əsas məqsəd həzm sistemini sakitləşdirərək bədənin bu fəaliyyətə sərf etdiyi enerjini balanslaşdırmaq, toksinləri xaric etmək, hüceyrələri yeniləmək və ən nəhayət, cavanlaşmağa yardımçı olmaqdır.

Detoks pəhrizlərinin çox çeşidli reseptləri olduğu üçün hər kəs özünə ən uyğun olan detoksu seçə bilər. Amma əvvəlcə mütləq mütəxəssislə məsləhətləşməlidir.

Detoks pəhrizinə hansı qidalar daxildir?
Bütün donmuş, ya da təzə meyvələr, təbii meyvə suları, zoğal, xurma, kişmiş, qoci kimi qurudulmuş meyvələr, gül kələmi, kahı, soğan, sarımsaq, ənginar, çuğundur, yerkökü və ya ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlər, dəniz məhsulları, qara düyü, yulaf, buğda, qara çörək, əriştə, yaşıl noxud, mərci, lobya, badam, qoz, balqabaq tumu, küncüt kimi qidalar detoks pəhrizində əsas yer tutur. Zeytun və bitki yağları da detoks pəhrizi zamanı rahatlıqla işlədilə bilər.

Detoks pəhrizində yağsız və unsuz bişirilmiş xörəklər, pürelər, bitki çayları və su da əsas yer tutur. Bu qidalar xüsusilə yorğun dəriyə qısa müddət ərzində yaxşı təsir göstərir, insanı yüngülləşdirərək ruhən də özünü xoşbəxt hiss etməsini təmin edir.  Bir sözlə, detoks bədəni həm təmizləyən, həm cavanlaşdıran, həm də arıqladan tilsimlərlə doludur.

Detoks resepti

Səhər:
Şirəçəkən maşından keçirilmiş qarışıq meyvələrlə hazırlanmış təzə meyvə suyu
Bir ədəd dilimlənmiş armud

Günorta:
Brokkoli şorbası
Az zeytun yağı və sirkəylə hazırlanmış göyərti yeməyi
Bol kəpəkli bir dilim çörək
Bir porsiya təzə meyvə

Axşam:
Buxarda bişirilmiş balqabaq
Az zeytun yağı və sirkəylə hazırlanmış salat
Bir dilim kəpəkli çörək

Yatmazdan bir neçə saat əvvəl:
Bitki çayı
Detoks zamanı həzm uzun müddətli və çətin olduğu üçün xüsusilə qırmızı ət növlərindən və heyvan mənşəli qidalardan uzaq dayanmaq lazımdır. Detoks pəhrizi ərzində tütün məmulatlarından, spirtli içkilərdən, kofein ehtiva edən içkilərdən, o cümlədən qazlı və şirin sulardan istifadə tamamilə qadağandır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri