1 ayda 8 kilo arıqladan pəhriz

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 7 594
Səs ver:
(səs: 1)
Kolorado Universitetinin mütəxəssisləri 30 yaşdan sonra kökəlməyin səbəbləri və bu problemi həll etməyin üsullarını araşdırıb  bu yaşdan sonra gün ərzində  qəbul edilən ən az, hətta 100 kalori belə kökəlməyə səbəb olur. Araşdırmada o da məlum olub ki, 30 yaşdan yuxarı olanları ən çox şokoladlı biskvitlər kökəldir. Üstəlik, arıqlamaq çətin olduğu qədər bədənin enerjisi də azalır.

Ona görə də bu yaşdan sonra hər gün nə yediyinizə diqqət etmək vacibdir. Pəhriz zamanı 2 əsas qaydaya riayət edilməlidir. 30 yaşından yuxarı qadınlar üçün nəzərdə tutulmuş pəhriz reseptini təqdim edirik. Bu pəhrizi saxlayaraq 1 ayda 8 kq.-a qədər arıqlaya bilərsiniz. Pəhriz orqanizmə lazım olan bütün vitamin, mineral, kalsium, zülalla zəngin olduğu üçün sağlamlığa heç bir zərər vermir.

1. Yeməyi öncədən hazırlayıb, soyuducuda saxlayın.
2. Tərəvəzləri istədiyiniz qədər yeyin. Meyvəyə gəldikdə isə diqqətli olun, gündə 1 ədəd kifayətdir.

1.Gün
Səhər: Axşamdan qatıqla isladılmış bulqur (müsli), 3 ədəd quru ərik
Günorta: Suda bişmiş qara düyü, 4 ədəd çeri pomidoru, 6 ədəd qoz
Axşam: 75 qram buğda bişmiş alabalıq

2.Gün
Səhər: Üzərinə 1 xörək qaşığı yağsız qatıq tökülmüş alma və banan salatı, 3 ədəd hər hansı bir meyvənin qurusu
Günorta: 40 qram kəpəkli undan hazırlanan çörək, yağsız pendir, 1 ədəd naringi
Axşam: 75 qram suda bişmiş hinduşkanın döş əti, tavada qızardılmış göbələk və gül kələmi

3.Gün
Səhər: Suda bişmiş yumurta, kəpəkli çörək və 1 portağal
Günorta: Bir dilim yağsız toyuq, 1/3 manqo, kərəviz
Axşam: Buxarda bişmiş 75 qram dana əti və tərəvəzlər

4.Gün
Səhər: 2 ədəd quru əncir, 1 ədəd armud, 6 ədəd fıstıq
Günorta: Tərəvəz şorbası, göyərti salatı
Axşam: Buxarda bişmiş balıq kotleti, kələm salatı

5.Gün
Səhər: 1 dilim kəpəkli çörək, 2 çay qaşığı mürəbbə, yarım ədəd qreypfrut.
Günorta: Buxarda bişmiş badımcan, pomidor və xiyar salatı
Axşam: Üstünə bir az zeytun yağı tökülmüş dəniz məhsullarından hazırlanan salat.

6.Gün
Səhər: Püre halına salınmış 1 ədəd kivi, 1 ədəd banan, 2 xörək qaşığı qatıq və 4 ədəd qoz.
Günorta: 1 dilim pendir, yağsız mayonezlə hazırlanan çuğundur salatı.
Axşam: Suda bişmiş qara düyü, üzərinə limon suyu sıxılmış göyərti salatı.

7.Gün
Səhər: Suda bişmiş yulaf, yağsız qatıq
Günorta: Kəpəkli çörək, suda bişmiş yumurta, pendir və tərəvəzlə hazırlanan sendviç.
Axşam: Buxarda bişmiş göbələk, yerkökü, 1 dilim sümüksüz toyuq əti
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 7 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri