Alimlər heç nə etmədən arıqlamaq üsulunu tapdılar

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 3 516
Səs ver:
(səs: 0)
Amerikalı alimlər heç bir fəaliyyət tələb etməyən inqilabi arıqlamaq üsulu tapıblar. Piy hüceyrələrində olan "genetik çevirici" sayəsində yatanda belə arıqlamaq olacaq. Trend-in bu barədə "New England Journal of Medicine" jurnalında dərc olunan tədqiqata əsasən xəbər verir.

Massaçusets Texnologiya İnstitutunun alimləri laboratoriya siçanları üzərində təcrübə aparıblar. Piy hüceyrələrinin genində dəyişiklik etməklə alimlər metobolizmi sürətləndirə biliblər ki, bu da, əlavə piy qatının azalmasına səbəb olub.

Təcrübələrin yekunlarına əsasən, siçanlar qəbul etdikləri qidanı azaltmadan və fiziki aktivliklərini artırmadan çəkilərinin yarısını itiriblər.

Tədqiqata başçılıq edən professor Manolisa Kelis bildirib ki, insanın piy hüceyrələrinin öyrənilməsi piy qatının azalma prosesinin insanlarda da eyni şəkildə getdiyini göstərib.

Alimlərin fikrincə, bu kəşf piylənmədən müalicə sahəsində sıçrayış ola bilər.

"HealthDay Reporter" jurnalının məlumatına əsasən, hazırda dünyada piylənmədən 500 milyondan çox insan əziyyət çəkir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri