Fransız pəhrizi ilə 6 kiloqram arıqlayın

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 9 425
Səs ver:
(səs: 1)
Xanımlar arıqlamaq üçün müxtəlif növ pəhrizlər saxlayır.
Bununla 1 həftəyə 6 kiloqram arıqlamaq mümkündür:

I gün:
Səhər yeməyi: portağal, 2 dilim çörək, şəkərsiz çay.
Günorta: 100 qr qaynadılmış çuğundurun üzərinə zeytun yağı əlavə et, qaynadılmış düyü ketçupla, pomidor şirəsi.
Axşam yeməyi: 100 qr suda bişirilmiş balıq, yoqurt və ya kefir.

II gün:
Səhər yeməyi: pomidor şirəsi, banan, qara qəhvə.
Günorta yeməyi: tərəvəz salatı (pomidor, xiyar, yaşıl soğan, cəfəri) duzsuz olmalıdır, üzərinə sirkə və bitki yağı əlavə et, meyvə şirəsi, bişmiş kök və çuğundur.
Axşam: yağsız kəsmik, 50 qr pendir, 1 stəkan isti süd.

III gün:
Səhər yeməyi: yumurta və ya bir dilim vetçina, meyvəli yoqurt, şəkərsiz çay və ya qəhvə.
Günorta: 100 qr suda bişirilmiş şampinyon göbələyindən salat (üzərinə zeytun yağı və ya limon şirəsi əlavə edilmiş), bişmiş kartof, kələm, portağal.
Axşam: suda bişmiş toyuq əti, 50 qr pendir, 1 stəkan yağsız kefir və ya qatıq.

IV gün:
Səhər yeməyi: mannı sıyığı, meyvə yoqurtu, qəhvə.
Günorta: tərəvəz salatı, 80-100 qr suda bişmiş qoyun və ya mal əti, yoqurt.
Axşam yeməyi: təzə kələmdən salat, üzərinə zeytun yağı və cəfəri əlavə et, 1 dilim çörək, 2 kivi, çay.
Səhər: meyvə yoqurtu, yumurta, çay (şirin ola bilər).
Günorta: yumurta, soğan ilə qızardılmış balıq (treska, sudak ola bilər)
Axşam: tərəvəzdən salat, cəfəri, bişmiş kartof, çay.

V gün:
Səhər: yumurta və bir dilim vetçina, meyvəli yoqurt, çay və ya qəhvə.
Günorta: təzə kələm və kökdən salat, bişmiş göbələk bişmiş düyü ilə, portağal şirəsi.
Axşam yeməyi: bişmiş mal qaraciyəri, tərəvəz salatı, bir stəkan süd.

VI gün:
Səhər: yoqurt, kofe və ya şirin çay.
Günorta: yumurta, qarajiyər, yoqurt.
Axşam: suda bişmiş toyuq əti, gül kələmdən salat, alma şirəsi.

Qeyd:
Hər hansı pəhriz tam yerinə yetirilməlidir. Səhər, günorta, axşam yeməyi eyni vaxtda yeyilməlidir. Ərzağın birini alıb, birini təxirə salmaq olmaz. Əgər pəhrizdə salat varsa, mütləq o duzsuz olmalıdır. Üzərinə ya zeytun yağı, ya limon şirəsi, ya da sirkə əlavə olunmalıdır. Çay və qəhvələr pəhrizin yarısına qədər şəkərsiz içilməlidir. Yaşıl çaydan da istifadə etmək olar. Gün ərzində istədiyin qədər mineral su və ya limonlu çay içə bilərsən.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 9 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri