Arıqlamaq üçün idman etmək, hərəkətli həyat tərzi keçirmək əsas şərtlərdən biridir. Ona görə də, ofisdə işləyənlər və idman etməyə vaxt tapmayanlar arıqlamaqda çətinlik çəkirlər.
Türkiyənin məşhur diyetoloqlarından olan Dəniz Bərksoy hərəkətsiz həyat tərzi keçirənlərə xoş xəbər verib. O, xüsusi pəhrizlə idman etmədən arıqlamağın mümkün olduğunu bildirib.
İlk 3 gün üçün səhər yeməyi: 1 bütöv dilim buğda çörəyi, 60 qram ağ pendir, 5 ədəd duzsuz zeytun, bol miqdarda şüyüd, cəfəri, pomidor, xiyar və qırmızı bibər.
Ara öyün: 5-6 ədəd qayısı
Günorta yeməyi: 6 xörək qaşığı mövsüm tərəvəzlərindən bişirilmiş yemək, 1 stəkan evdə hazırlanmış ayran, 1 çay qaşığı zeytun yağı əlavə edilmiş qarışıq salat.
Ara öyün: 1 stəkan kefir
4 və 5-ci günlər üçün səhər yeməyi: 1 dilim ananas və 1 ədəd kivi, 1 qutu sadə probiotik qatıq (içərisinə yarım çay qaşığı darçın əlavə etmək olar), 1 ədəd qoz.
Ara öyün: 1 ədəd meyvə (mövsüm meyvələrindən hər hansı biri ola bilər)
Günorta yeməyi: Sobada bişmiş balıq, 1 dilim çovdar çörəyi, 1 boşqab bol göyərtili və kahılı mövsüm salatı.
Qəlyanaltı: 1 ədəd meyvə.
Axşam yeməyi: 6-8 xörək qaşığı tərəvəz yeməyi (tərkibində mütləq paxlalı bitkilər - mərcimək, lobya və ya noxud olmalıdır), 1 kasa doğramac, 1 boşqab yağsız salat.
Ara öyün: 1 qutu sadə probiotik qatıq.
6 və 7-ci günlər üçün səhər yeməyi: 4-5 xörək qaşığı yulaf əzməsi, 1 stəkan yağsız süd (içərisinə yarım çay qaşığı darçın əlavə etmək olar).
Ara öyün: 1 ədəd meyvə.
Günorta yeməyi: 1 kasa mərci şorbası, 1 çay qaşığı zeytun yağı əlavə edilmiş brokkoli və pəlpətöyün salatı, 1 stəkan kefir.
Ara öyündə: 1 ədəd qozu döyüb suda bişirilmiş 1 ədəd almanın üzərinə səpin. Üzərinə yarım çay qaşığı darçın əlavə edib yeyin.
Qeyd edək ki, pəhrizin effektli olmasını istəyən qadınlar gündə 10 stəkan, kişilər isə 14 stəkan su içməlidirlər. Gündə 2 fincan şəkərsiz bitki çayı, 1 fincan sadə türk qəhvəsi içmək olar.