Sitrus pəhrizi – Yeni ilə qədər arıqlamaq

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 2 093
Səs ver:
(səs: 0)
Sadəcə bir ay içində möhtəşəm vücuda sahib olmaq istərdinizmi? Belə möcüzələr yoxdur, lakin Yeni ildən öncə bir qədər çəki itirə bilərsiniz. Yeni il bayramı tələsini unutmayın - bayram sezonunu müşaiət edən ziyafət və yeməklər *

Yo yo effekti olmadan
Əgər bir aya 1000 kkal pəhrizi tutsaz, təxminən 4 kiloqram itirəcəksiniz. Bu pəhriz ən effektiv pəhriz sayılır, çünki yo-yo effekti ilə nəticələnmir. Əlavə olaraq, idmanla və bərkidici losyonlarla effekti artıra bilərsiz.

Möcüzəvi pəhrizlərlə risk etməyin. Əgər sürətlə çəki itirsəniz, dəriniz buna uyğunlaşmayacaq və bu, sizin üçün sağlam olmayacaq. Biz dadlı və asan sitrus pəhrizi təklif edirik. Bir və ya 1,5 kiloqramı 3 gün ərzində itirə bilərsiniz; bundan sonra kalorini hesablayaraq, gündəlik 1000-1200 kkal arası kalori qəbul edə bilərsiniz.

Sitrus pəhrizinin təcili nəticələri pəhrizə davam etmək üçün həvəsləndirəcək. O, mədə "daralmasına” səbəb olacaq və şirniyyatlardan yayınmaqda kömək edəcək.

Sitrus salatının gündəlik porsiyası üçün resept (səhər hazırlana və soyuducuda saxlanıla bilər): 5 ədəd portağal və 4 ədəd qreypfrut soyun və doğrayın, 1 xörək qaşığı bal, 5 qaşıq limón şirəsi və 4 nazik doğranmış qozla qarışdırın. Üstündən bir az cəfəri səpin.
Sitruslar
Sitrus meyvələri , xüsusilə, qışda və yazda yerli meyvələr tapılmayanda dəyərli vitamin mənbələridir. Bu üç-günlük sitrus pəhrizi dadlı və nəfis salata əsaslanır.
 
Bayram ərəfəsində çəki qazanmaqdan necə yayınmalı?
karp (hansı ki, kifayət qədər yağlıdır) balığını qızartmayın, əksinə onu həlməşik şəklində və ya alümin folqada bişirin.
göbələkli kələmə un sousu əlavə etməyin, varenikləri bişirdikdən sonra qızartmayın (yemək istədiklərinizi buğa verməklə isidin).
siyənək balıqlarının üzərinə yağ süzməyin, az-yağlı qaymaq və ya bir qədər yoqurt əlavə etsəz daha az kökəlməyə səbəb olar.
soyuq desertlərdə şəkər əvəzinə şəkər əvəzedicisindən istifadə edin.
bütün yeməklərin dadına kiçik porsiyalarla baxın
bəzi yeməklərdən imtina edin – çörək və kartof bayram yeməkləri deyil
Yalnız bir hissə desert yeyin; piroq ardıyca meyvəli keks və pryanik həddindən artıqdır!
axşamlar bir fincan yaşıl çay, nanəli çay və ya yovşan ekstraktı için.
İdman etməyi unutmayın – bayramda ailə gəzintisi bir qədər kalori yandırmaq üçün ən yaxşı yoldur.

Menyu
Səhər yeməyi – 1 fincan nanəli çay, sitrus salatı
Qəlyanaltı – 1 stəkan portağal şirəsi (yenicə sıxılmış və ya qutudan)
Lanç – 1 fincan nanəli çay, sitrus salatı
Qəlyanaltı – 1 ədəd portağal
Nahar – 1 fincan nanəli çay, sitrus salatı
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri