Döyüşçü pəhrizi ilə daha tez vücudu formaya salın

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 064
Səs ver:
(səs: 1)
Sonradan siyasi karikaturaçı olmuş İsrail hərbi mütəxəssisi Ori Hofmekler tərəfindən yaradılan döyüşçü pəhrizinin uğuru təbii qida şəbəkələri ideyasına və məşqə əsaslanır. Bu asan pəhriz son dərəcədə az qadağalar qoyur və bir çox insan onu asan çəki itirmə yolu kimi görür.

Döyüşçü pəhrizi
Son zamanlar dünyada hər hansı bir qida qrupuna üstünlük verib digərlərindən yayınmasına əsaslanan pəhriz planları deyil, hər kəsin öz bioloji saatının ritminə uyğun pəhriz planları yayılıb. Döyüşçü pəhrizi də bunlardan biridir – onun yaradıcısının dediyinə görə, inkişaf etmək üçün hər kəs gərək gün ərzində az-az yeməklə, yatmazdan bir neçə saat əvvəl əsas yeməyi yesin
 
Döyüşçü pəhrizinin müəllifinə görə, insan növü mövcudiyyətinin əksər hissəsi ərzində adamlar iş gördükləri (ovçuluq və yığıcılıqla məşğul olduqları) üçün gün ərzində az yeyib, axşamlar isə istirahət edərkən daha çox qida qəbul edib. Beləliklə, asan çəki itirmək üçün resept bunlardan ibarətdir:

Qaydalar
Döyüşçü pəhrizi üçün qaydalar azdır, amma vacibdir:

1. 12 saatdan artıq ac qalmayın. Bu sizə xeyirdən daha çox zərər vuracaq.

2. Gün ərzində sağlam qidalar qəbul edin. Hərdənbir alma, bir ovuc giləmeyvə, qoz-fındıq, bir stəkan süd və ya başqa bir yüngül şey yeyin. Bu sizin zehninizi sağlam və bədəninizi funksiyonal edəcək.

3. Axşam istədiyiniz qədər yeyin. Yaxşı olar ki, yatmazdan təxminən 3-4 saat əvvəl olsun.
 
Axşam yeməyi makro qidalandırıcılarla (proteinlər, yağlar və karbohidratlarla) zəngin olduqca, yediklərinizə real məhdudiyyətlər yoxdur.

4. Məşq edin. Sürətli yeriyin, qaçın, ağırlıq qaldırın, turnikdə dartının, jim vurun, press hərəkətləri edin, yoqa ilə məşğul olun – maraqlı və həyəcanlı hiss etdiyiniz hər şeyi edin. Düzgün pəhriz tutursuzunuzsa məşq zamanı və ya sonra enerji əksikliyi yaşamayacaqsınız.
Döyüşçü pəhrizi yaradılan gündən bəri böyük populyarlıq və uğurlar qazanıb. Asan çəki itirmək üçün ideal bir üsul olmasa da, əslində, heç bir üsul ideal deyil. Ənənəvi biliklər faydasız olanda, bu qidalanma planı sizə asan və az qadağalar qoyan bir pəhriz təklif edir ki, bunu sınamağa dəyər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri