Şokolad aludəçiləri üçün pəhriz

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 8 226
Səs ver:
(səs: 0)
Məlumdur ki, hər bir kəs içki və narkotikə aludə ola bilər, lakin şokolad aludəçiliyi zarafatla qarşılanır *



Şokolad ilə diqqətli olun

Bilirik ki, şokolad da asılılıq yaradan tərkibə malikdir.

Şəkər və stimulyatorlardan (məs: kofein) savayı, şokolad çoxlu yağlardan da ibarətdir. Təəccüblü deyil ki, bu aludəçilik piylənməyə aparır.

 

Əvvəlcə siz bir sıra suallara cavab verəcəksiniz,

bu sizin şokolad aludəçiliyinizin növünü müəyyənləşdirəcək:



Şokolad aludəçiliyinin tipləri

•Romantik tip – şokolad onlar üçün sevginin əvəzedicisidir;

•Gizli qurman – adətən sosial yığıncaqlarda şokoladdan imtina edir, evdə isə acgözlüklə yeyir;

•Şokoladda təsəlli görənlər çünki stress və həyat uğursuzluqları onları əhatə edir;

•Həftəsonu tipi – ancaq boş günlərində şokolad yeyirlər;

•Şəkərə aludə olan tip – şirin bir şey dişləmədən yaşaya bilməyənlər.



Hər bir tip üçün ayrı bir pəhriz vardır. Bizi şokoladı istehlak etməyə məcbur edən problemlərlə mübarizə aparmaq üçün hər dəfə ayrı-ayrı üsullardan istifadə etməliyik.

 

Pəhrizin faydası

Bu pəhriz sizə şokolad tamahınızı nə üçün üstələyə bilmədiyinizi anlamaqda kömək olacaq və zamanla siz şokolad aludəçisindən ona tez-tez əl uzatmayan birinə çevriləcəksiniz.



Bu pəhrizdə yağ azdır və kalori məhduddur, həmçinin şokolad aludəçisi insanların ehtiyaclarını nəzərə alınır.

 

Qurmanlar üçün

Qarınqulular üçün pəhrizin ilk həftəsinin proqramı belə olur: səhər yeməyi, iki yüngül yemək, bir əsas və bir qəlyanaltı. Əsas qidalar qıdalandırıcı karbohidratlı məhsullar olmalıdır, məsələn: sobada bişmiş kartof, meyvə, tərəvəzlər, salatlar və az yağı olan proteinər: dərisiz toyuq, yağsız qırmızı ət. İkinci həftə şokolad yemək olar (ancaq 150 kaloriyədək). Hədəfinizə yetənədək pəhrizə davam edin.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 8 226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri