Sprinterlər üçün pəhriz

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 119
Səs ver:
(səs: 0)
Bir gündən çox pəhrizə dözmək üçün kifayət qədər iradəsi olmayan insanlar üçün ideal pəhriz *

Yalnız bircə gün
Bu birgünlük pəhriz əsl zövqdür, 5 dəfə yeyirsən və aclıq hiss etmirsən, tox olursan.

Faydalı
Səhər yeməyi, lanç və nahar zamanı daha çox, günorta yeməyi və şam zamanı isə daha az yemək yeyin. Bütün günü şəkərsiz bitki və meyvə çayı içmək olar.

Yüksək əhval-rühiyyə
O, adamı möhkəmləndirir, həzmi gücləndirir, yüngüllük hissi , zehni rahatlıq verir və əhval-ruhiyyəni qaldırır.
Pəhrizin əsasında çiy və ya az (3-5 dəq. duzlu suda) bişmiş meyvə və tərəvəzlər dayanır.
Menyu
Səhər yeməyi
3 xörəkqaşığı qarğıdalı lopalarından ibarət müsli, sürtkəcdən keçirilmiş alma, bir stəkan qatıq.
Yüngül qəlyanaltı
2 xörək qaşığı kəsmik, limon şirəsi, duz və döyülmüş ağ istiot qatılmış 3 ədəd sürtkəcdən keçirilmiş yerkökü.
Lanç
Kasnı və ya kahı, 3 ədəd yerkökü, xiyar, 2 ədəd pomidor, 1 soğan və bərk bişirilmiş yumurtalardan salat hazırlayın, limon şirəsi, düz, istiot və zeytun yağı, 1 çayqaşığı sürtkəcdən keçirilmiş qıtığotu qatın, kəvərlə bəzəyin.
Günorta yeməyi
Yarım stəkan kefiri soğan və xiyar ilə qarışdırın, şüyüd, bir çimdik qırığotu, duz və istiot qatın.
Nahar
Sendviç: İki nazik dilim tam buğda çörəyi, yağlılıq dərəcəsi az olan kərə yağı, kahı yarpaqları, 2 ədəd pomidor, yarım xiyar, 2 çayqaşığı kəsmik, bir az soğan, kəvər, duz, istiot, arzu olunan ot əlavə olunur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 119
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri