Möcüzəvi Scarsdale pəhrizi haqqında bilmədikləriniz

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 097
Səs ver:
(səs: 3)
1970-ci ildən bu günə kimi arıqlamaq istəyənlərin ən çox müraciət etdiyi üsul olan "Scarsdale” pəhrizi yenidən populyarlaşıb.
Amerikalı ürək həkimi Herman Tarnoverin hazırladığı bu pəhriz həddən artıq kök olanlar üçün nəzərdə tutulur.
Pəhrizi 14 gündən artıq saxlamaq olmaz. Onun əsas qaydası gün ərzində qəbul edilənlərin 43 faizinin zülal, 22 faizinin yağ, 35 faizinin isə karbohidratdan ibarət olmasıdır.
Beləliklə, gün ərzində 1000 kaloridən artıq qəbul etmədiyinizə baxmayaraq,  özünüzü  tox hiss edəcəksiniz.
Bu pəhrizin 14 gündə 9-10 kiloqram arıqlamağa kömək etdiyi deyilir. Bu isə gündə təxminən 500 qram deməkdir.
Pəhrizə iki həftə fasilə verdikdən sonra yenidən 14 gün saxlamaq olar.
Doktor Herman Tarnover pəhrizin saxlanıldığı günlərdə 2 kilometr yeriməyi və xəfif idman hərəkətləri etməyi məsləhət görür.
Öncədən qeyd edək ki, bu pəhrizi ürək-damar xəstələrinin  saxlaması məsləhət deyil.

Bir günlük menü:
Səhər
Yarım qreypfrut (yoxdursa, mövsümi meyvələrdən birindən istifadə etmək olar)
1 dilim qızardılmış çörək
qəhvə və ya çay (sadə şəkildə içilməlidir)

Günorta
Yağsız toyuq, ya da hindquşu əti
pomidor (sobada və ya suda bişmiş)
qəhvə və ya çay

Ara öyün
pomidor (sobada və ya suda bişmiş)
qəhvə və ya çay
istədiyiniz qədər yerkökü və kərəviz

Axşam
hər hansı bir dəniz məhsulu
salat (xiyar, pomidor, kahı və bibərdən ibarət)
1 dilim qızardılmış çörək
yarım qreypfrut (yoxdursa, hər hansı mövsümi meyvə)
qəhvə və ya çay
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri