Psixoterapiya arıqlamağa kömək edir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 460
Səs ver:
(səs: 0)
Obezlik və yemə problemləri psixologiyanın maraq dairəsindədir. Həyatımızın ilk illərindən etibarən yemək yemək həyati önəm daşıyır. Beləki, yemək yemək sadəcə fizioloji hisslərimizi yəni aclıq və toxluq hisslərini təmin etmək üçün deyildir. Yemək yemək eyni zamanda ruhi dünyamız üçün mərkəz rolu öhdəsinə götürür.

Körpələr "ilk rahatlama duyğusunu” aclığın yaratdığı fiziki narahatlığın aradan qaldırılması ilə təmin edə bilirlər. Buna da toxluq adı veririk. Aclığın doyurulması ilə, körpə yaxşı və güvəndə olduğu hissi ilə tanış olur. Çünki aclıq ən ilkin `ağrı çəkmə` ikən, toxluq ən ilkin `rahatlama`dır. Yemə vərdişinin təməli məhz bu nüansa əsaslanır.

Həyatının ilk illərində körpənin aclıq duyğusunun az və ya lazım olduğundan çox doyurulması yetginlik çağında yemək yemə davranışına təsir etməkdədir. Obezlikdən əziyyət çəkən fərdlər üzərində aparılan araşdırmalarda, daha az kilo problemi olanlara nisbətən uşaqlıq və körpəlik dövrlərində neqativ təcrübələr yaşadığı görülməkdədir. Digər tərəfdən, həddindən artıq kökəlmə, yəni bədənin kütlə indeksinin çox olmağı, qeyri – sağlam qidalanma, gündəlik həyatda aktivliyin az olması, yemə vərdişlərinin nizamsız olmağı və s. kimi səbəblər də obezlik müalicəsi ilə birbaşa əlaqəlidir. Və şəxsin öz bədənini necə qəbul etdiyi, problemləri çözə bilmədiyi zamanlarda nələr yediyi ya da yemək yeməyi hansı vəziyyətlərdə seçdiyi və bu kimi mövzular obezlik müalicəsinin psixoloji ölçüsünü əhatə edir.

Bədənlərini bəyənməmək, başqalarının bədəniylə müqayisədə özünü çirkin görmək, ələ salındığı, gülünc qarşılandığı duyğularıyla yanaşı bədən forması pozuqluğu və stigmatizasiyaya (damğa qorxusu, damğalanmamaq üçün gizli tutmağa çalışmaq) yatqınlıq səbəbi ilə obezlik ictimai qaçınma davranışını ortaya çıxarmaqdadır.

Obez xəstəliyinin səbəblərinə baxdığımız zaman aşağıdakılar bir addım önə çıxmaqdadırlar:
– aşırı yemək

– fiziki hərəkətlərin azlığı

– psixoloji pozuntular

– metabolik və hormonal pozuntular

– genetik faktorlar.

Psixiatriyanın ən mühüm xəstəliklərindən olan depressiya, obezlik ilə yaxından əlaqəlidir. Çox zaman, yetginlərdə depressiyanın obezliyi, uşaqlarda isə obezliyin depressiyası müşahidə olunur. Aşırı yemək, sıxıntı və depressiya duyğularını azaldır. Eyni zamanda obezlərin depressiya və şəxsiyyət pozuntuları kimi psixoloji problemləri daha tez yaşadıqları məlumumuzdur. Somatoform pozuqluqlar və yemə pozuqluqları kimi psixiatrik xəstəliklər də obezlərdə digər fərdlərə görə daha yüksək nisbətdə müşahidə olunur.

Əsl səbəbi çözülməyən bütün xəstəliklərin təkrarlanmağı çox asand və sürətlə baş verir.

Koqnitiv-bihevioral terapiya birbaşa arıqlatmaqla yanaşı, verdiyi kiloları sonradan geriyə alma problemini çözməyi hədəfləyən müalicə üsuludur.

Müalicənin birinci hissəsində arıqlamaqla yanaşı görünüş, özünəinam, münasibətlərin keyfiyyəti, fiziki sağlamlıq, bədən ölçülərini qəbul etmək kimi dəyişdirilməyi mümkün olan və olmayan mövzular üzərində işlənilir. Pasientin kilosuna nəzarət edə biləcəyinə dair inancın yaradılması obezliyin müalicəsində təməl mərhələdir.

Müalicənin ikinci mərhələsində isə qeyri-real kilo hədəflərinin məqbul səviyyəyə gətirilməsi, öz bədənini qavramadakı narahatlıqların aradan qaldırılması və arıqlama məqsədi qoyulur.

Obezlik müalicəsinin son mərhələsi effektiv kilo kontrolu üçün lazım olan koqnitiv və davranışsal dəyişikliyi və bacarıqları qazandırmaqdır.

Obezlik müalicəsində psixoloji dəstəyə heç bir zaman laqeyd yanaşılmamalı, obez xəstələrində tez-tez görülən depressiya, panik atak, qayğı pozuqluqları, şəxsiyyət pozuqluqları, özünə inam əskikliyi və s. kimi psixoloji problemlər mütləq müalicə edilməlidir.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyi ilə!

Şəbnəm Sadıqova
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri