Qarın əridən və yağ yandıran pəhriz

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 5 496
Səs ver:
(səs: 2)
Dadlı yeməkləri, ləziz şirniyyatları, meyvə sularını süfrədə görəndə çox vaxt özümüzü saxlaya bilmirik. "3 günlük dünyadır” bəhanəsi ilə ən dadlı təamların dadına baxırıq. Lakin bu 3 günlük dünyanı yekə qarınla başa vurmaq heç də parlaq fikir deyil. Yaxşı ki, pəhriz və idmanla qarında toplanmış xoşagəlməz yağları əritmək mümkündür
 
türkiyəli diyetoloq Tuçə Altan Bahçənin qarın əridən pəhriz reseptini təqdim edir.
Qarın yağları estetik bir problem olmaqdan əlavə, sağlamlığımız üçün də ciddi təhlükələr yaradır. Tuçə Altan yağlanmanı azaldan qidalar və qarın əridən pəhriz proqramı haqqında lazımlı  məlumatlar verib. Onun sözlərinə görə, bel ətrafındakı piylənmə tiroid xəstəlikləri, insulin müqaviməti, hipoqlisemi kimi bir çox sağlamlıq problemindən qaynaqlanır. Aparılan tədqiqatlar qarın yağlarının diabet, xolesterin, təzyiq, ürək xəstəliklərinə tutulma riskini xeyli artırdığını göstərir. Maddələr mübadiləsinin ləng işləməsi, bədəndəki hormonal dəyişikliklər, genetik faktorlar və stress də piylənmənin ən mühüm səbəbləri sırasındadır.
Yağlanmanı azaldan qidalar:
Lif miqdarı yüksək olan qidalar qarın ətrafındakı yağların azalmasını təmin edir. Həzm sisteminizin yaxşı işləməsi qarın şişkinliyini də azaldacaq.
İspanaq
Yaşıl çay
Kələm
Qatıq
Alma
Yulaf
Darçın
Mərci
Alma sirkəsi
 
Qarın əridən pəhriz resepti
 
Səhər yeməyi
2 stəkan limonlu su
1 ədəd qaynamış yumurtanın ağı
2 yemək qaşığı kəsmik və ya pendir
Yarım çay qaşığı pul bibər
1 dilim qara şörək
1 kasa cəfəri salatı
 
11:00-dan 12:00
2 stəkan limonlu su
2 dilim ananas
1 fincan yaşıl çay (şəkərsiz)
 
Günorta yeməyi
2 stəkan limonlu su
1 kasa pərpərən salatı (1 çay qaşığı alma sirkəsi ilə)
5 yemək qaşığı zeytun yağlı balqabaq yeməyi (susuz)
 
15:00-dan 17:00-a qədər
2  stəkan limonlu su
1 ədəd dilimlənmiş darçınlı alma
1 stəkan az yağlı qatıq
1 fincan mete çayı
 
Axşam yeməyi
2 stəkan limonlu su
100 qram qızardılmış kəklikotulu toyuğun döş əti
1 kasa kələm salatı (1 çay qaşığı alma sirkəsi ilə)
 
20:00-dan 22:00-a qədər
2 stəkan limonlu su
7-8 ədəd badam (duzsuz)
1 fincan jasminli cökə çayı (şəkərsiz)
Pəhrizi 10 gün saxlaya bilərsiniz.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 496
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri