Köklük nəinki təkcə sağlamlığa pis təsir edir, eyni zamanda, bədəni
ağırlaşdırır, hərəkətlərin əlaqəsini və yüngüllüyünü azaldır. Dahasonra
statistik məlumatlarda göstərilir ki, köklük 5% xəstəlik (məsələn,
hormonların pozulması), qalan 95% qidanın düzgün qurulmamasının
nəticəsidir. Hətta irsi köklük, müəyyən qida payına olan vərdişin
nəsildən-nəsilə keçməsindən yaranır. Hələ südəmər dövrdə bəzi analar
uşaqlarını artıq yedizdirməyə başlayırlar. Beləliklə, analar və nənələr
sevimli balalarının "tez böyüməsini” istədiklərindən, onları həddən
artıq yeməyə öyrəşdirir, mədələrini "genəldirlər”.
Piylənmə –
piy toxumasının yığılması nəticəsində bədən kütləsinin (çəkisinin)
artması deməkdir. Piylənmə çox vaxt orqanizmin ehtiyacından artıq olan
ifrat kalorili yemək nəticəsində əmələ gəlir. Bu, o demək deyildir ki,
hər kök adam "qarınqulu”dur. Köklük həyat tərzinin dəyişməsi, yeni
oturaq həyata keçid, istirahətin pozulması, ya da idmanla az məşğul
olmaq nəticəsində də ola bilər. Məsələn, idmançılar idmanı atan kimi
çəkiləri artmağa başlayır, ona görə ki, alışdıqları qida rasionunu
olduğu kimi saxlayırlar, halbuki orqanizmin bu qidaya olan ehtiyacı
kəskin surətdə azalmışdır.
Kimləri biz kök adlandırırıq?
O
adamlara kök deyilir ki, onların piy toxumalarının toplanması
nəticəsində çəkiləri artır. Piylənmənin dərəcəsini dərialtı piy qatının
qalınlığı ilə müəyyən etmək olar. Bu qat bədənin çəkisindən asılı
olmayaraq orqanizmdə nə qədər piy olduğunu göstərir. Əgər dərialtı piy
təbəqəsi nazikdirsə, onda bədənin çəkisinin ağır olması hələ piylənmə
demək deyil.
Adamın orta çəkisi boy ölçüsündən 100 çıxdıqda qalan
rəqəm olmalıdır. Məsələn, bir adamın boyu 160 sm-dirsə, deməli, onun
çəkisi 60 kq olmalıdır.
Təbii ki, insan bədəninin çəkisinin bu sayaq
təyin edilməsi dəqiq deyildir, çünki adamın bədən kütləsinin böyüklüyünə
bədən quruluşunun xüsusiyyətləri, əzələlərin inkişafı və s. amillər
müxtəlif təsir göstərir. Bunları nəzər alaraq, aşağıdakı normalar
işlənib hazırlanmışdır.
Köklüyün qarşısını necə almaq olar?
Ən
vacibi artıq çəkinin əmələ gəlməsinin qarşısını almaqdır. Lakin bu
artıq çəki əmələ gəlmişsə, tezliklə ondan yaxa qurtarmaq lazımdır. Bunun
üçün, ilk növbədə qidanın kaloriliyini azaltmaq lazımdır. Yoxsa
sonralar daha qüvvətli vasitələrə əl atmaq lazım gələr. Bu həm
xoşagəlməz haldır, həm də orqanizm üçün çox da faydalı deyildir.
Doktor M.Qruysun metodikasına əsasən bədən çəkisinin normaları
Lakin
bu normalar da kifayət qədər dəqiq deyil, çünki elə cüssəli, əzələləri
yaxşı inkişaf etmiş adamlar olur ki, onların çəkisi normadan 10-15 kq
artıq olsa da tosqun sayılmırlar. Bədəninizin çəkisinin "düzgünlüyünü”
yoxlamaq üçün ən yaxşısı onu 20-22 yaşında olan çəkinizlə müqayisə
etməkdir.
Arıqlamağa nədən başlamaq olar?
Ən
əvvəl, xəstələnməməyə çalışmaq lazımdır. Sonra yeməyin kalorisini elə
azaltmaq lazımdır ki, orqanizm hər gün sərf etdiyindən az kalori alsın.
Bunun üçün müəyyən etmək vacibdir ki, adamın gündəlik enerji sərfi nədən əmələ gəlir?
P
Əsas maddələr mübadiləsi üçün lazım olan enerjidən. Yəni elə bir enerji
ki, o, otaq temperaturunda sakit halda sərf olunur. Bu enerjiyə tələbat
saatda bədən kütləsinin 1 kq çəkisinə 1 kaloridən ibarətdir. Məsələn,
çəkisi 60 kq olan adamın əsas mübadilə enerjisi saatda 60 kaloridir, ya
da bir sutkaya 60×24=1440 kaloridir.
P Qidanın həzm olunması və
mənimsənilməsi zamanı sərf olunan enerjidən. Bu enerjinin miqdarı bir
çox amillərdən, o cümlədən cins, yaş, boy və hətta iqlimdən asılıdır.
Əzələnin
gördüyü işi yerinə yetirmək üçün lazım olan enerjidən. Bu qəbildən olan
ererji tələbatı insanın hansı işi yerinə yetirməsindən, idmanla məşğul
olub-olmamasından və s. çox asılıdır.
P Enerji tarazlığı bir şərtlə
saxlanılır ki, qida ilə alınan enerjinin miqdarı onun məsrəfinə uyğun
gəlsin. Əgər orqanizm tələbatından çox kalori alırsa, onun qalığı
bədəndə piy halında yığılmağa başlayır. Ələlxüsus bu, boy artımının
kəsildiyi (25 yaş), orqanizmin enerji tələbatı azaldığı vaxt baş verir.
Bu dövrdə qida rasionuna xüsusi fikir vermək lazımdır.
Arıqlamaq
istəyənlər pəhrizi elə qurmalıdırlar ki, enerji məsrəfi ancaq əsas
maddələr mübadiləsini ödəsin. Qida ilə alınan enerji sərf olunan
enerjidən az olarsa, orqanizmdə yığılmış piy ehtiyatı sərf olunmağa
başlayır və yaxud yığılmış piy yanmağa başlayır.
Bu vaxt unutmaq
olmaz ki, pəhriz yeməyi normal yeməyin spesifik bir növü olmalıdır.
Birtərəfli və hazırda dəbdə olan "möcüzəli pəhrizlərdən” çəkinmək
lazımdır.
Əsasən piylənmə törədən ərzaq mövcuddurmu?
Orqanizmin
enerji tələbatından artıq olmayan heç bir ərzaq piylənmə törətmir.
İstənilən ərzağı həddindən artıq yedikdə orqanizm bu "əlavə” kalorini
piy ehtiyatına çevirməyə başlayacaqdır. Deyirlər ki, tərəvəzi istənilən
qədər yemək olar, ondan adam kökəlmir. Lakin tərəvəzdə bəsit şəkər
şəklində çoxlu miqdarda asan həzm olunan karbohidratların olmasına
baxmayaraq, onların da çox yeyilməsi kökəlməyə səbəb ola bilər.
Kökəlmə zamanı qidanın tərkibində hansı dəyişiklikləri etmək olar?
Bütün
bu dəyişikliklər yüksək kalorili heyvan yağlarını, yağlı əti, xəmir
xörəklərini, ağ çörəyi, qənnadı məmulatını və hər cür şirniyyatı
çıxarmaqla kaloriliyi azaltmaqdan ibarətdir.
Kökəlmə zamanı, birinci
növbədə, qidada yağları azaldıb, gündə 20-30 qrama endirmək lazımdır,
özü də bu yağlar ya təbii heyvan, ya da bitki yağları olmalıdır.
Zülallar pəhrizin əsas tərkib hissəsi kimi daha bir rol oynayır –
maddələr mübadiləsini qüvvətləndirir. Yeməyin tərkibində yağların və
karbohidratların miqdarı azaldıqda zülallar bədənin çəkisinin azalmasına
səbəb olacaqdır. Odur ki, arıqlamaq üçün tərtib edilmiş pəhrizin
tərkibində zülalların miqdarı orqanizmin ehtiyacından bir qədər artıq
olmalıdır.
Kökəlmədə tərtib olunmuş pəhrizdə yağı az olan zülallı
ərzaqdan istifadə etmək nəzərdə tutulur, bura yağsız ət və kolbasalar,
yağsız quş əti, yağsız balıqlar, üzsüz süd, yumurta və həmçinin tərəvəz
aiddir. Şokolad, şirniyyat, bal, pirojnalar, xəmir xörəkləri pəhrizdən
tamamilə çıxarılmalıdır. Başqa yeyinti məhsulları xeyli azaldılmalıdır.
Bədənin
çəkisinin artmasına yönəldilmiş pəhrizdə yüksək kalorili yeyinti
məhsulları olan xörəklərdən çəkinmək lazımdır. Hərdən nəfsini öldürmək
üçün balaca bir pirojna, ya da bir parça şokolad yemək olar, ancaq bunun
əvəzində gündəlik yemək payı azaldılmalıdır.
Müəyyən edilmişdir ki,
bir dəfədə yeyilən yemək, gün ərzində bir neçə dəfəyə bölünmüş yeməyə
nisbətən daha tez kökəlməyə səbəb olur.
Son olaraq, onu da qeyd edək
ki, əgər kimsə yeməyini azaltmağı bacarmırsa, o zaman əvvəlki qaydada
yeyib, amma fiziki hərəkəti artırmaq lazımdır.