Əgər bütün səylərinizə baxmayaraq arıqlaya bilmirsinizsə, deməli hardasa
səhv buraxırsınız. Aşağıda bu səhvlərdən 10 ən əsası haqqında qeyd
edilir.
Arıqlamaq üçün nəinsə bir əlamətin bəhs eləməsi – yeməkdən
imtina, fiziki yüklənmə və sair, yanlış fikirdir. Belə bir üsullar
effekt versə belə, qısamüddətli olacaqdır.
Arıqlayanın
psixologiyası. Əgər siz sizə uyğun olmayan sərt pəhrizdəsiniz isə,
istər istəməz yemək haqqında xəyallar qurmağa başlayacaqsız. Hər kəsə
məlum olduğu kimi də "olmaz” həmişə daha şirin olur. Bir gün psixikanız
əzablara dözməyəcək və siz soyuducunu boşaldacaqsınız. Bundan qaçmaq
üçün sağlam pəhriz saxlamaq məsləhət görülür.
Yeni
qəribə – qəribə pəhrizlərlə maraqlanmaq. Məsələn, zülal pəhrizi, kofe
pəhrizi, meyvələrin rənginə uyğun pəhriz və sair. Belə pəhrizlər elmi
əsasa malik deyillər, bunların verdiyi effekt qısamüddətli olur. Buna
"bonus” olaraq zəiflik, əsəbilik, mədə – bağırsaq pozğunluğu və bir çox
xəstəliklər. İnsan orqanizminə həm zülal, həm vitamin, həm minerallar
lazımdır. Orqanizmi bunlardan uzaq tutsaz xəstələnməniz labüddür.
Yağlardan
imtina. Hər bir yağın sonda bədəndə piyə dönəcəyi düşüncəsi tamamilə
yanlışdır. Piy fastfud və gecə yeyilən kalorilərdən yaranır. İnsana yağ
vacibdir, əsasən təbii bitki, qoz, balıq yağları. Yağ olmasa, bir çox
lazımlı elementler həzm olunmayacaq. Siz həmişə aclıq hiss edəcəksiniz,
iş qüvvəniz itəcək, fikirləşmə sürrətiniz azalacaq, dəriniz solacaq.
Fiziki
yükün olmaması. Burada bilin ki, əgər siz fiziki yüksüz arıqlayırsınız
isə, bu prosesdə siz yağ və su itkisindən əlavə əzələ itkisi ilə də
üzləşəcəksiniz. Hal bu ki, əzələləri tonusda saxlasaz, onlar yağların
əriməsinə yardımcı olacaqlar. Əzələsiz arıqlama nəticəsində dəriniz
sallanacaq, qırışlar artacaq. Arıqlayandan sonra gözəl görünmək
istəyirsiniz isə, mütləq fitnes və rəqs ilə məşğul olun.
"Fiziki
yük – istirahət” prinsipi. Özünüzü sonadək fiziki yüklə yorduqdan sonra
mükafatlandırmaq eşqinə düşsəniz, yəni sonsuz yeməyə başlasanız, nəinki
əritdikləriniz üstəgəl bir neçə yüz kaloriy qazanacaqsınız. Sonra yatan
zaman bu kalorilər birləşərək, piyə dönəcəklər. Sonra isə suallar
yaranacaq, axı niyə?
Çünkü orqanizmi istismar yox, onu ağıllı istifadə etmək lazımdır.
Sağlamsız
qidalanma. Ən çox yayılmış yanlış: səhər yeməyindən imtina və gün
ərzində bir dəfə qida gəbul etmək. Bu nəinki sağlıqsız həmdə orqanizmə
qarşı qəddar bir hərəkətdir. Mədə pozuntuları qaçılmazdır. Orqanizm
normal fəaliyyətindən olur, maddə mübadiləsi düşür. Həmdə arada
"istirahət” kimi həddən artıq çox yemək belə yanlışlardan biridir.
Cürbəcür
şirələrlə, tonus verən içkilərlə maraqlanma. Hər kim bu içkilərin az
kalorili olduqlarını və istənilən zaman içilə bildiklərini düşünürsə,
böyük bir səhvə yol verir. Kaloriy yalnız suda yoxdur. Hər bir içki
enerqetik dəyərə malikdir, bir çox vaxtlarda bu dəyər yetərincə yüksək
belə olur. Bunlara alternativ olaraq meyvəni sizə məsləhət görə bilərik.
Xroniki
stress əhvalı-ruhiyyə. Əlbəttə stressdən müasir dövürdə qaçmaq mümkün
olmur. Yalnız bu stressin davamlı olması bir çox çətinliklər yaradır.
İnsan psixologiyası pozulur, insanda "tormozlanma” gedir, qarın
nahiyəsində piy hüceyrələri yığılmağa başlayır. Qarın piyini bir çox
vaxt "əsəb” adlandırdıqlarını yəqin eşitmisiniz. Beləki gözəl və arıq
olmaq istəyirsiniz isə, mütləq stressdən uzaq olmağa çalışın.
Maddə
mübadiləsinin pozulması. Əgər kortəbii arıqlayırsınız isə, sizin
orqanizminiz ilə ciddi problemlər gözləyir. Bu kimi xəbərdarlıqları gənc
dövürlərindən dinləməyən insanlar, sonda acı həqiqətlərlə üzləşirlər.
Nəticə
olaraq bunu qeyd etmək olar: əgər siz bütün etdiklərinizə baxmayaraq
arıqlaya bilmirsiniz isə, mütləq həkimə müraciət edin, o, sizə doğru
yolu göstərəcək.