Sürətli rejim

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1506
Paylaş:
Səs ver:
(səs: 3)
Bodu-Pump fitnes proqramı az vaxt ərzində maksimum effekt əldə etməyə zəmanət verir. Məhz buna görə də proqram dünya hitinə çevrilib. İndi sizə qamət, düzgün kürək və qolların relyef əzələləri üçün məşq planını təqdim edirik.
 
Kürəyin aşağı hissələrinin əzələləri
Çıxış vəziyyəti: ayaqlarınızı çiyin bərabərində açaraq ştanqı əlinizə götürün.
Dərindən nəfəs alıb, dizlərinizi bükün və bədəninizi qabağa əyin.
Kürəyinizi yığmayın, çiyinlərinizi qaldırmayın. Nəfəsinizi dərin. Ştanqı qarın nahiyəsinə doğru aparın.
Yenidən nəfəs alıb ştanqı aşağıya salın. Nəfəsinizi verib çıxış vəziyyətinə qayıdın.
 
Kürək və çiyinətrafı əzələlər
Çıxış vəziyyəti: əvvəlki məşqdə olduğu kimi əyilmiş vəziyyətdə
dayanın. Nəfəs alıb dirsəklərinizi kənara əyin, ştanqı qurşaq nahiyəsinə doğru qaldırın. Nəfəsinizi verin. Çıxış vəziyyətinə qayıdın. Kürəyinizi yığ-mayın, çiyinlərinizi qaldırmayın.
 
Kürəyin yuxarı hissəsi və çiyinətrafı əzələlər
Çıxış vəziyyəti: Ayaqlarınızı çiyinləriniz bərabərində aralayaraq ştanqı əlinizə alın. Nəfəsinizi verin. Dirsəklərinizi kənara doğru əyin. Ştanqı sinənizə qaldırın. Bu zaman kürəyiniz düz olmalı, çiyinləriniz isə qalxmamalıdır.
 
Çiyinətrafı əzələlər
Çıxış vəziyyəti: ayaq üstə dayanaraq, ştanqı sinənizlə eyni səviyyədə tutun, dirsəklərinizi aşağı endirin. Nəfəsinizi verin, qollarınızı yuxarıya qaldırın. Belinizi əyməyin, çiyinlərinizi isə qaldırmayın.
 
Çiyinətrafı əzələlər
Çıxış vəziyyəti: diziniz döşəməyə söykənmiş, bədəniniz qabağa əyilmiş, ştanqın bilinləri isə aşağıda olmalıdır. Nəfəsinizi verin. Bədəninizin istiqamətini dəyişməyib, dirsəklərinizi azacıq əyərək qollarınızı kənara açın. Kürəyinizi yığmayın, çiyinlərinizi qaldırmayın.
 
Bu məşq üçün lazımı tempdə mahnı tapın və idman hərəkətlərinə 3 dəqiqə vaxt sərf edin. Ştanqın optimal kütləsi 6 kq, bilinlərinki isə 2 kq olmalıdır

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1506
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv