Xanımların pəhrizlə bağlı söylədiyi yalanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 1 985
Səs ver:
(səs: 1)
Aparılan araşdırmalarda qadınların qidalanmaları ilə bağlı ildə təxminən 500 dəfə yalan danışdığı məlum olub.
Qadınların pəhrizlə əlaqədar söylədiyi yalanların əksəriyyəti şokalad, pendir və spirtli içkiylə bağlıdır.
"Timex” tərəfindən 3000 qadın arasında aparılan araşdırmada, zərif cinsin nümayəndələrinin yemək yediyi zaman ən çox işlətdiyi ifadə budur: "Çox az miqdarda yedim”.
"Naharda çox yeyirəm ki, digər vaxtlarda az qida qəbul edim”, "Uşaqlarımın qabında qalan yeməklərin atılmaması üçün yeyirəm” və "Yalnız yeməyin dadına baxdım” – bunlar qadınların "pəhriz yalanları”na aid olan bəzi cümlələr idi.
Xanımların yemək qəbul etməklə bağlı danışdığı bəhanələr də var. Bunlardan biri odur ki, onlar guya heç vaxt fastfood yemirlər. bundan başqa, yalnız, xüsusi günlərdə bir qədəh şərab içirlər. Hətta qırmızı şərabın sağlamlığa çox faydalı olduğunu deyərlər.
Qadınları ən çox yoldan çıxaran qidalardan isə şokalad, çipsi, tort, pendir və çörəyin adları çəkilir.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri