Selülitə qarşı pəhriz: dərinin elastikliyi üçün qida

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 982
Səs ver:
(səs: 1)
Qadınların əksəriyyəti selülitdən həmişəlik qurtulmağı arzu edirlər. Lakin, real həyatda,  hətta top-modellərdə belə selülit var.
Dietoloqlar əmin edillər ki, anti-selülit pəhriz vəziyyəti düzəldə bilər.
Anti-selülit pəhriz: ilk növbədə bədən təmizlənməlidir.
Anti-selülit pəhrizin iki məqsədi var. Birincisi, bədən artıq yağ qatlarından qurtulmalıdır, ikincisi, toksinlərdən təmizlənməlidir.
Birinci mərhələyə orqana daxil  olan kalorilərin azaldılması daxildir. Gün ərzində 1200-1500 kalori itirmək lazımdır. Eyni zamanda anti-selülit pəhriz zamanı rasiona meyvə və tərəvəz əlavə etmək lazımdır.
Eyni zamanda, orqanizmdə olan artıq mayeni azaltmağa cəhd etmək lazımdır. Selülit sahələri çox saylı, tərkibində su saxlayan, hüceyrələrdən ibarətdir. Bədəninizdə artıq maye varsa onlar məhz bu sahələrdə toplanırlar. Bu, yeri gəlmişkən, arıq qadınlarda selülitin olmasının  əsas səbəbidir.
Növbəti mərhələdə orqanizmə daxil olan toksinlerin miqdarını azaltmaq lazımdır.
Anti-selülit pəhriz zamanı hansı məhsullardan istifadə etmək lazımdır.
Ekoloji baxımdan təmiz meyvə-tərəvəz  orqanizmi  toksinlərdən təmizləmə və ifraz üçün gözəl vasitədir.
 
Bir neçə faydalı meyvə-tərəvəz:
Avokado – Bu meyvə  dərinin sağlamlığı üçün çox vacibdir;
böyürtkən,  albalı, manqo, portağal, çiyələk, moruq, pomidor, ispanaq, göyərti –  bütün bu məhsullar anti-selülit pəhrizə daxil edilməlidirlər, onlar bədəndə olan artıq yağı yandırırlar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 982
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri