Gəlinlər üçün dieta

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 689
Səs ver:
(səs: 2)
Toyuna son bir ay qalan xanımlar çox yorğun olurlar və hər işləri qaçaqaça düşür. Gözəl işlər olsa da, yorğun olurlar. Bu müddətdə gəlinlər onsuz da stress və həyacana görə arıqlayır. Ancaq bəzi xanımlar öz çəkilərindən narazılıq edirlər və toya az qalan vaxtdan etibarən yemək yemirlər, ancaq bu düzgün deyil. Onsuz da hər gün gəlinlik seçimi, saç, makiyaj, xına mərasimi, qız toyu sonra oğlan toyuna hazırlıq müddətində bədənləri yorğun düşür. Bu müddətdə yeməkdən imtina etsələr, daha yorğun olacaqlar və xəstələnə bilərlər. Heç bir gəlin toyunda xəstə olmaq istəməz. Hər bir gəlinin arzusu ideal və mərasimdəki hər bir xanımdan gözəl görünməkdir. İllər sonra belə şəkillərə və video kasetə baxanda gözəl görünmək istəyirlər. Toyuna az qalan xanımlar üçün 5 günlük gəlin dietası haqqında məqalə hazırladıq.
Toya bir ay qalmış xanımlar duzlu, xəmir yeməkləri və çox şirin qidalar qəbul etməməlidirlər, çünki duzlu, şirin və xəmir yeməkləri qısa müddətdə bədəndə enerji yüksəkliyi yaratsa da, həmin qidalar qısa müddət ərzində də yağa çevrilir. Və bunlardan əlavə olaraq bol miqdarda su içməlidirlər. Çünki su həm üz dərisini gözəlləşdirir, həm də bədəndəki yağların əriməsini sürətləndirir.

5 günlük Gəlin dietası
1. Gün
Səhər yeməyi: 1 dilim çörək, 1 dilim ağ pendir. İstədiyiniz qədər xiyar və pomidor yeyə bilərsiniz.
Səhər yeməyi ilə nahar arası: 1 ədəd meyvə, 2 ədəd qoz və ya 6 ədəd fındıq, 6 ədəd badam
Nahar: 100 qram yağsız ətli salat, 1 kasa şorba, 1 kasa qatıq
Axşam: 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 dilim çörək, istədiyiniz qədər salat, 1 kasa qatıq

2. Gün
Səhər yeməyi: Kəpəkli çörəyin arasında ağ pendir. (2 dilim kəpəkli çörək), xiyar, pomidor, 5 ədəd zeytun
Səhər yeməyi ilə nahar arası: 1ədəd meyvə və 1 kasa qatıq
Nahar: Yağsız salat, 6 xörək qaşığı ətli tərəvəzli yemək, 1 kasa qatıq
Nahar ilə axşam yeməyinin arası: 1 ədəd meyvə və 1 kasa qatıq
Axşam: 1 dilim çörək, 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 kasa qatıq, yağsız salat

3. Gün
Səhər yeməyi: 2 dilim çörək, 1 dilim ağ pendir, istədiyiniz qədər pomidor, xiyar, bibər. 5 ədəd zeytun
Səhər yeməyi ilə nahar arası: 1 ədəd meyvə
Nahar: Yağsız salat, 6 xörək qaşığı ətli, tərəvəzli yemək, 1 kasa qatıq
Axşam: 1 dilim (dilim incə kəsilmiş olsun) çörək, 7 xörək qaşığı qovun yeməyi, yağsız salat, yarım kasa qatıq

4. Gün
Səhər yeməyi: 1 dilim çörək, 1 ədəd yumurta, istədiyiniz qədər xiyar, pomidor, bibər
Nahar: Sendviç (tuna balığı və ya kotlet, ya da toyuq ola bilər. Pomidor, kahı, bibər), ayran
Axşam: 1 incə dilim çörək, 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 kasa yağsız qatıq, istədiyiniz qədər salat

5. Gün
Səhər yeməyi: pendirli yumurta (ağ pendiri yumurtanın içinə töküb çalın və bişirin), 1 dilim çörək, istədiyiniz qədər pomidor və xiyar
Nahar: 4 ədəd kotlet (böyükdürsə iki ədəd), istədiyiniz qədər salat, ayran
Axşam: 1 nazik dilim çörək, 7 xörək qaşığı tərəvəz yeməyi, istədiyiniz qədər salat
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 689
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri