Gündə iki dəfə yeyərək arıqlamaq mümkündürmü?

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 19 150
Səs ver:
(səs: 3)
Son günlər ABŞ-da yeni pəhriz trendi gündəmdədir.
 
Belə ki, arıqlamaq arzusunda olan amerikalıların çoxu gündə iki dəfə yemək yeyir. Maraqlısı odur ki, bir çox diyetoloq bu qidalanma rejimini sağlamlıq üçün zərərli hesab etsə də, gündə iki dəfə yeməyin yararlı olduğuna inanan həkimlər də var.
 
Onlardan biri də ABŞ-ın tanınmış həkim-diyetoloqlarından olan Merkoladır. Doktor Merkolanın fikrincə, gündə 3 dəfə əsas və 3 dəfə də qəlyanaltı olaraq müəyyənləşdirilən normal qidalanma rejimi sağlamlığa zərərlidir.
 
Həkimin sözlərinə görə, ulu babalarımız istədikləri zaman yemək tapa bilmədikləri üçün insan orqanizmi uzun müddət ac qalmağa öyrəşib. Mütəmadi olaraq gündə 3 dəfə yemək qandakı insulinin səviyyəsini tənzimləsə də, həddən artıq kalori qəbul etməyə səbəb olur.
 
Cənubi Kaliforniya Universitetinin professorlarından olan doktor Valter Lonqo da bu fikri dəstəkləyir. Doktor Lonqo hətta köklükdən əziyyət çəkənlərin sayının gün getdikcə artmasının səbəbini də gündə 3 dəfə yeməkdə görür.
 
Həkimin sözlərinə görə, gündə iki dəfə yeməyə başlayanda orqanizm əvvəllər çətinlik çəkir. Ancaq insan 1-2 ay sonra öyrəşir və özünü daha sağlam hiss edir.
 
"Mən uzun müddətdir ki, xəstələrimə səhər yeməyi yeməməyi, iki öyün arasında mütləq 8 saat ac qalmağı məsləhət görürəm”.
 
Həm doktor Merkola, həm də V.Lonqo səhər yeməyindən vaz keçə bilməyən insanlara seçim haqqı verir:
"Səhər və ya axşam yeməyindən vaz keçməlidirlər. Həyat tərzinə özləri qərar verə bilərlər. Yeməyi ya səhər-günorta, ya da günorta-axşam yemək lazımdır. Yatmazdan ən az 3 saat öncə yeyib-içməyi dayandırmaq vacibdir”.
 
Həkimlərin sözlərinə görə, bu cür qidalanmaq arıqlamağa kömək etməklə yanaşı, bir çox xəstəliyin qarşısını da alır.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 19 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri