Arıqlamağın 5 təhlükəsiz yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 177
Səs ver:
(səs: 1)
Sağlamlığa ziyan vurmadan necə arıqlamaq olar? 
1.İdeal səhər yeməyi  
Səhər saat 7.30-dan 8.30-a kimi olmalıdır. Mütəxəssislər sübut ediblər ki, məhz bu zaman ən çox kortizon hormonu ifraz edilir. Bu zaman qəbul edilən qidalarda maddələr mübadiləsi sürətli gedir. Səhər yeməyi yeyənlər gün ərzində daha az qida qəbul edirlər. 
Nahar vaxtı isə saat 13.00 -13.30-da olmalıdır. Bu zaman insulin artır, qanda şəkər azalır. 
 
2.Sürətli arıqlamaq yolu seçməyin
Pəhrizə başlayanda ilk olaraq çəkinizin 10 faizini azaltmağı hədəf qoyun. Unutmayın ki, bir günə itirdiyiniz piy yox, bədəninizin suyudur. Hər hansı arıqlama vasitələrindən istifadə zamanı diqqətli olun. Onlardan müntəzəm istifadə kalium-maqnium mübadiləsini poza, ürək döyüntülərinə səbəb ola bilər. 
 
3. Hormonlara nəzarət edin
Arıqlama başlayanda cinsi hormonları və qalxanvəri vəzi nəzarətdə saxlayın. 35 yaşdan sonra çəki problemlərinin əksəriyyəti hormonal problemlə bağlı olur. Yaxşı olar ki, ildə bir dəfə hormonal analizlər verəsiniz. Xüsusilə qadınlara arıqlamaq prosesi çərçivəsində ginekoloq müayinəsində olmaq tövsiyyə edilir. 
 
4. Əzələ işlədin
Çalışın adi işlərdə belə əzələ gücündən çox istifadə edin. Fiziki aktivlik sağlam arıqlamağın ən yaxşı yoludur.
 
5. Küçədə çox olun 
Küçədə daha çox olmağa çalışın. Bu həm fizki fəallıq, bonus olaraq isə D vitamini deməkdir. Piylənmə ilə bu vitaminin çatıçmazlığı arasında əlaqəni dietoloqlar da araşdırıblar. Ümumiyyətlə istənilən pəhriz proqramı gündə azı 40 dəqiqiə piyada gəzinti edəcəyiniz halda effektiv olacaq.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri