Arıqlamaq istəyənlər bunları mütləq bilməlidirlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 768
Səs ver:
(səs: 1)

alt

 

Bu gün kökəlməkdən əziyyət çəkən milyonlarla insan var. Köklük artıq qlobal bir problemə çevrilib. Düzgün qidalanmama, stress, problemlər insanın kökəlməsinə səbəb olu

Рəhrizə başlamaq istəyənlərin ən çox etdiyi diyet xətalarını ümumiləşdirib nəzərinizə çatdırırıq.

Arıqlamaq istəyənlər bunları mütləq bilməlidirlər:

- Mütəxəssis məsləhəti olmadan pəhrizə başlamaq. Həkim müayinəsindən keçib orqanizmə nəyin xeyir, nəyin ziyan olduğunu bilmək lazımdır. Ona görə də pəhrizə başlamazdan əvvəl mütləq diyet mütəxəssisləri ilə məsləhətləşmək lazımdır.

- Qəhvəaltı (səhər yeməyi) etməkdən imtina etmək. Səhər yeməyi insanı yeni günə hazırlayan ən önəmli paydır. Səhər yeməyindən imtina etdikdə pəhrizə başlayan insanlar daha az çəki itirəcək, maddələr mübadiləsinin işi zəifləyəcək və fikirlərini bir yerə cəmləşdirməkdə çətinlik çəkəcəklər. Bir avtomobilin işə düşməsi üçün yanacaq lazımdırsa, orqanizmin - ürəyin, beynin, əzələlərin oyanması üçün qidaya, enerjiyə ehtiyacı vardır. Ona görə də, səhər yeməyini vaxtında yemək lazımdır.

- Sürətli yemək yemək. Yeməyi tez-tez, yaxşıca əzişdirmədən, çeynəmədən yemək orqanizm üçün ziyandır. Unutmamaq lazımdır ki, beyinə toxluq hissi 20 dəqiqədən sonra çatır. Yemək yemə müddəti mümkün olduğu qədər uzadılmalıdır. Beləliklə, həm daha az yemək yeyəcək, həm də həzm fermentləri ifraz olunacaq. Sürətli yemək yeyəndə həzm sisteminin iş prosesi zəifləyir, bu da çəkinin artmasına səbəb olur.

- Su içməmək. Su, qidaların həzm edilməsi, metabolik tullantıların atılması, maddələr mübadiləsinin sürətlənməsi və dolayısı ilə çəkinin azalması üçün lazımdır. Gündə 2-2,5 lt su içilməlidir.

- Gün ərzində qəbul edilən qidanın pay sayını azaltmaq. Gündə 2-3 dəfə və ya bundan az payda qida qəbul edən insanlarda nizamsız qan şəkəri ifraz olunması və daha çox aclıq hissi müşahidə olunur. Bu da kökəlməyə səbəb olur. Ona görə də, gün ərzində normada və az-az qidanı paylar şəklində qəbul etmək lazımdır. Bir dəfəyə oturub yemək orqanizmdə müəyyən problemlər yaradır. Qidanı fasilələr verməklə çox pay şəklində yemək mədəni dolu tutur və sonrakı payda çox və sürətli yeməyə mane olur.

- Axşam yeməyini gec yemək. Axşam yeməyini yatmadan 3-3,5 saat əvvəl bitirmək lazımdır. Dolu mədə ilə yatağa girmək bədənin yağlanması üçün ən yaxşı fürsətdir. Axşam yeməyindən yatana qədər keçən müddətdə kiçik pay almaq olar. Bir şərtlə, qəbul edəcəyiniz məhsullar həzmi asanlaşdırmalıdır, məsələn, meyvə, qatıq və ya süd kimi yüngül şeylər istehlak edilə bilər.

- Süfrəyə çox ac oturmaq. Ümumi mənada, pəhriz tutmaq, ac qalmaq şəklində başa düşülür. Bu, yanlış yanaşmadır. Uzun müddət ac qalanda qan şəkəri düşür və orqanizm sonrakı payda çox qida qəbul etməyə məcbur olur. Ona görə də hər əsas paydan 2-3 saat sonra kiçik bir pay alınmalıdır. Beləliklə, insan süfrəyə çox ac oturmayacağı üçün daha yavaş və az yeyə bilər.

- Bir çeşidli olan pəhriz yeməkləri yemək. Orqanizmin 50-yə yaxın növdə qida elementinə ehtiyacı var. Buna görə də hər zaman qida müxtəlifliyinə xüsusi fikir verilməlidir. Bir çeşidli diyetlər (məsələn, kələm şorbası, bir növ meyvə və tərəvəzdən hazırlanan pəhriz yeməyi) balanssız və yetərsiz bəslənməyə səbəb olmaqla bərabər, maddələr mübadiləsinin də işinə mənfi təsir göstərir.

- Yeməyi, diqqəti dağıdaraq yemək, kökəlməyə səbəb olur. Yemək yeyərkən kitab oxumaq və ya tv seyr etmək yaxşı deyil. Belə olanda, insan nəyi və nə qədər yediyini bilmir. Ona görə də qida qəbuluna diqqət etmək üçün yemək sakit şəraitdə yeyilməlidir.

- Şəkərli məhsullar yemək. Kökəlməyə meyilli insanlar həmişə şirin şeylərə üsütünlük verirlər. Bunu unutmamaq lazımdır ki, şəkər orqanizmdə asanlıqla yağa çevrilə bilir. Ona görə də pəhriz tutaraq arıqlamaq istəyənlər şəkərli məhsullardan uzaq durmalıdırlar.

- Tez-tez "bir dənə yeməklə pəhrizim pozulmaz” demək. İnsan iradəli olmalı və nəfsinə qalib gəlməlidir. "Bir dənəylə heç nə olmaz” deyərək iştahınızı nəzarət altında saxlamaqda çətinlik çəkə bilərsiniz. Nəticədə bu "bir"lər vərdiş halını alır və tutduğunuz pəhriz puça çıxır.

- Pəhrizə hədəfsiz başlamaq. Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz. Pəhriz tutmağa başlayarkən də özümüzə real hədəflər qoymalıyıq, bu şəkildə müvəffəqiyyətə çatmaq bir az daha asanlaşacaq.

- Az yatmaq. Gündə 7 saatdan az yatan insanlarda daha çox kökəlmə riskinin olduğu təcrübələr nəticəsində sübut edilib. İnsan yatan vaxtı ifraz olunan böyümə hormonu yağın əriməsinə kömək edir.

- Hərəkətsiz və oturaq həyat tərzi keçirmək. Təkcə bu səbəb kökəlməyə əsl səbəb ola bilməz. Amma oturaq həyat tərzi keçirənlər nizamsız və necə gəldi, bəslənir. Hər gün iş, məktəb, alış-verişə gedərkən sərf edəcəyiniz 30 dəqiqə, həm çəkinizi azaldacaq, həm də sağlam yaşam tərzinizə dəstək olacaq.

- Qısa müddətdə zəifləmək. Hər kəs artıq piylərdən tez bir zamanda canını qurtarmaq istəyir. Amma sürətlə verilən, sürətlə geri alınır. İllər ərzində bədəndə yığılan piy qalıqlarını bir neçə həftə ərzində əritmək sağlam yol deyil. Əhəmiyyətli olan sağlam bəslənmə vərdişinə sahib olmaqdır.

- Ayaq üstə yemək. Bu zaman qida sürətlə, tam çeynəmədən yeyilir. Nəticədə həzm sistemində müəyyən problemlər yaranır. Bu da artıq çəki probleminin yaranmasına yol açır.

- Yüngül (light) məhsullardan həddindən artıq istifadə etmək. Diyetoloqların məsləhətinə görə, sərhədsiz yüngül məhsulların qəbulu kökəlməyə səbəb olan amillər sırasındadır. Light məhsulların tərkibindəki yağ və ya şəkər nisbəti kalori dəyəri ekvivalent məhsullara nisbətən azaldılmışdır. Amma təəssüf ki, kalorisiz olaraq da qəbul edilir. İstehlakın həcmindən asılı olaraq çəki artımına təsir edə bilər.

- Süd və süd məhsullarını istehlak etməmək. Süd və süd məhsulları qan şəkərini tarazlayır. Onun tərkibində olan kalsium orqanizmdə yağın əriməsinə kömək olur. Bu məhsulları istehlak etməyənlərdə artıq çəki problemi daha çox müşahidə edilir.

- Lifli qidalardan imtina etmək. Arıqlamaq üçün pəhriz tutanların ən böyük yanlışı elə buradadır. Çünki quru paxla, noxud, mərcimək, quru maş lobya, kəpəkli taxıllar - əsmər çörək, yarma plovu, kəpəkli düyü, yulaf, tərəvəz və meyvələrin tərkibində olan liflər insanın özünü tox tutmasına və pəhrizə uyğunlaşmasına kömək edir. Belə qidalar qan şəkərini, qan təzyiqini, xolesterolu nizamlamaqda orqanizmə kömək edir, bağırsaqlarda qidanın sorulmasını sürətləndirir və qəbizliyi aradan qaldırır. Həmçinin qalın bağırsaq xərçənginin yaranmasının qarşısını alır. Lif qəbulunu artırmaq üçün soyulmadan yeyilə bilən tərəvəz və meyvələri qabıqları ilə birlikdə istehlak etməkdə fayda var. Lazım olduqda isə dərin soymamağa diqqət edilməlidir.

- Həddindən artıq kafein qəbul etmək. Çay, qəhvə və qazlı içkilərdə olan kafein qaraciyəri yorduğu üçün çox istifadə edilməməlidir. Yüngül də olsa, qazlı içkilərdən çox içilməməlidir. Qazlı içkilər həddindən artıq istehlak edildikdə, qansızlıqdan tutmuş, osteoporoza qədər müxtəlif problemlərə yol aça bilər. Eyni zamanda, sidikqovucu xüsusiyyəti ilə həddindən çox su itkisinə səbəb olur.

- Aldığınız məhsulun etiketini oxumamaq. Bir məhsulu alarkən mütləq onun tərkibi, verəcəyi enerji, xolesterol, yağ faizinə fikir verilməlidir.

- Doyunca yemək. Qabdakı yeməyin hamısını yemək məcburiyyətində deyilsiz. Ona görə də yemək miqdarına fikir vermək üçün boşqaba az yemək qoyun.

- Qızartmalı yeməklərə üstünlük vermək. Bu, pəhrizdə olanlar üçün ən böyük təhlükədir. Xüsusilə, yay fəslində təbiətin qoynunda dincəlməyi və manqal yeməklərini sevənlər diqqətli olmalıdırlar. Yayda çəkini artıran qidalar bunlardır: kabablar, ləpəli və meyvəli yağlı dondurmalar, bol mayenezli, sosiskalı sandviçlər, pendirli çipsilər, buz kimi içkilər.

Buzlu içkilərin, şirin, meyvəli yüngül spirtli içkilərin kaloriləri meyvənin növündən asılı olaraq, 245-490, 300-800 kilokalori arasında dəyişir. Yüksək kalori qəbul etməmək üçün adi su içməyi üstün tutmaq lazımdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 768
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri