Paxlalılar
fəsiləsindən olan soya paxlasının zəngin tərkibindən bəhrələnən soya
südü paxlanın isladılıb üyüdülməsi və süzülməsindən sonra əmələ gəlir.
Diyetoloq
Şefika Aydın Selçukun fikrincə, soya südü qida maddələrinin tərkibi
baxımından A, D ,E vitaminləri və riboflavinlə zəngindir. 1 bardaq soya
südündə təxminən 8-10 qr protein vardır.
Soyada
genistein ve daidzin başda olmaqla fitoestrogenlər mövcuddur.
Estrogenin xüsusilə klimaksdan əvvəl qadınlarda istilik basması kimi
əlamətlərin azalmasında və ürək-damar sağlamlığı baxımından xoşxassəli
xolesterolun artırılmasında rolu vardır.
Soya
südünün tərkibində laktoza olmadığı üçün xüsusilə laktoza dözümsüzlüyü
olan insanlarda üstünlük verilə biləcək ən yaxşı alternativdir. Son
illərdə get-gedə artmaqda olan inək südü allergiyası olanlarda soya südü
münasib variantdır. Həmçinin vegeterianlar tərəfindən inək südü əvəzinə
istifadə olunur.
Badam
südü ilə müqayisədə yüksək protein ehtiva etməsi səbəbilə soya südü
vegetarian idmançılar tərəfindən də üstünlük verilən süddür.
Bəzi
araşdırmalar zamanı soya məhsullarına üstünlük verənlərin daha yaxşı
çəki itirdiyi müşahidə olunub. Buna soya izoflovanlarının insulin
tənzimlənməsi və yağ metabolizmi üzərindəki müsbət təsirlərinin səbəb
olduğu qeyd edilir. Bu səbəblə də arıqlamaq istəyənlərin seçimləri
sırasına soya südü əlavə oluna bilər.