61
yaşlı Layma Vaykula həmişə şən, incə, gənc və gözəl görünür. Sevilən
ifaçı uzun illərdir ki, çəkisini sabit (47-49 kilo) saxlayır. Çünki o,
qidalanma qaydalarına ciddi əməl edir.
Bu
pəhriz resepti ilə 9 gündə 6 kilo arıqlamaq mümkündür. Qeyd etmək
lazımdır ki, pəhriz olduqca çətindir, ona əməl etmək üçün dözümlülük və
güclü iradə tələb olunur.
Müğənninin
əsas qaydası ondan ibarətdir ki, gün ərzində ancaq 2-3 dəfə yemək
yeyir, az kalorili qidalara üstünlük verir. Qəlyanaltı kimi limonlu
yaşıl çay, şəkər əvəzinə isə baldan istifadə edir.
Layma Vaykula pəhrizi
Vaykula
kökəldiyini hiss edən kimi, bu ağır sxemə əməl edir: 3 gün yalnız düyü
yeyir, növbəti 3 gündə qaynadılmış toyuq filesi, sonrakı 3 gün ərzində
isə yalnız alma ilə qidalanır. Pəhriz dövründə istənilən növ toyuq,
düyü və alma yemək mümkündür. Müğənni qidalara dad vermək üçün onlara
soya sousu və quru otlar əlavə edir.
Bu
pəhrizin əsas tələblərindən biri də hər gün ən azı 2 litr su içməkdir.
Onu da qeyd edək ki, qəhvəyi düyünün tərkibində faydalı maddələr daha
çox olduğundan ifaçı ona üstünlük verir.
Artıq çəkidən xilas olmaq istəyirsinizsə, bu pəhrizi sınaqdan keçirin. 9 gündən sonra həftədə bir dəfə oruc tutmağı unutmayın.
Əks göstəriş
Bu
pəhriz böyrək xəstələrinə, hamilə qadınlara, qocalara və yenicə ana
olan qadınlara qadağandır. Müğənni özü də xəstə olanda bu sxemə əməl
etmir. Bundan başqa, Layma Vaykula pəhrizi orqanizmi zəif olan insanlar
üçün uyğun deyil.