Salat yeyərək arıqlamaq olarmı?

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 918
Səs ver:
(səs: 3)
Bir çox insan arıqlamaq istəyəndə salat yeməyə üstünlük verir. Ancaq diyetoloqlar salatın insanı arıqlatmadığını və yalnız salatla qidalanmağın sağlamlığa zərərli olduğunu bildirir.
 
Təkcə salat yemək orqanizmi karbohidrat və zülalla təmin  etmədiyi üçün bir sıra sağlamlıq problemlərinə səbəb olur. Belə vəziyyətdə maddələr mübadiləsinin sürəti azalır. Bütün gün salatdan başqa heç nə yeməyən insanın bədənində yağlar deyil, əzələlər əriyir. Bir sözlə, salat yağları əritmir, əksinə əzələ kütləsini azaldır.
 
Salat əsasən, tərəvəzlərdən hazırlanır, onların 70-80 faizi isə sudan ibarət olur. Bu da o deməkdir ki, salat insanı tox saxlayan qida deyil. O, mədədə tez həzm olunduğu üçün özünüzü ac hiss edirsiniz. Bu halda, normal qidalanan insandan daha çox kalori qəbul etmək riskiniz var.
 
Salatların bir çoxuna souslar əlavə edilir. Yağ tərkibli bu souslar həddən artıq kalorili olur və nəinki, arıqlamağa kömək etmir, hətta kökəlməyə də səbəb ola bilir.
Bir çox salat növünə qarğıdalı, qoz kimi yüksək kalori dəyərinə sahib qidalar əlavə edilir. Belə salat sizi ac saxlasa da, arıqlatmayacaq.
Mütəxəssislər bildirir ki, salatdan faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir.
 
*Salat yaxşı lif qaynağıdır. Ancaq onu tək yeməyin. Yanında mütləq əsas yemək olmalıdır.
*Yeməyə şorba əvəzinə salatla başlayın. Beləliklə, daha az yemək yeyib, daha az kalori qəbul edəcəksiniz.
*Salatın yanında mütləq 1 stəkan ayran için və ya 1 stəkan qatıq yeyin. Bu salatın tərkibindəki vitamin və mineralların orqanizm tərəfindən daha çox mənimsənilməsinə kömək edəcək.
*Salata qırmızı ət, toyuq, balıq və ya yumurta əlavə edin. Belə halda, salatı tək də yemək olar.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri