Novruzda kökəlməmək üçün necə qidalanmalı?

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 994
Səs ver:
(səs: 1)
- Novruzda hər kəs mütləq şəkərbura, paxlava yeyir. Bir diyetoloq kimi, bayramda bu cür ləziz şirniyyatlardan imtina etməyi məsləhət görməyəcəksiniz ki?
- Yox. Bayramda şirniyyat yemək olar. Ancaq belə qidaları arabir yeməyi tövsiyə edirəm. Məsələn, qəlyanaltı zamanı 1 ədəd paxlava və ya şəkərbura yemək olar. Səhər yeməyi əvəzinə də 1 ədəd şəkərbura yeyə bilərlər.
 
- Bəs, plov və digər kalorili yeməklərdən dadmaq istəyənlərə nə tövsiyyə edə bilərsiniz?
- Dörd qaşıq sadə plov 1 dilim çörək deməkdir. Odur ki, gün ərzində çörəkdən imtina edərək günorta yeməyində 4 və ya 8 qaşıq plov yeyə bilərlər. Plovun qarasını çörəklə yemək olar. Onda plovun özündən imtina etmək lazımdır. Yəni, hər təamın dadına baxmaq olar. Ancaq mütləq balanslaşdırmaq lazımdır.
 
- Deyək ki, bu qaydalara əməl edə bilmədilər. Həm plov yedilər, həm də şirniyyat. Bol miqdarda kalori qəbul etdilər. Onda kökəlməmək üçün nə etməlidirlər?
-Təbii ki, belə qidalanmaq məsləhət deyil. Ancaq həddən artıq yeyibsə, onda növbəti gün tərəvəzə üstünlük verməli, bol miqdarda qatıq yeməlidir. Şirniyyatdan imtina etmək, qəbul edilən su miqdarını artırmaq lazımdır. İki-üç gün sadəcə tərəvəz, meyvə və süd məhsulları yeyərək bədəni bayramda qəbul edilən toksinlərdən və lazımsız yağlardan təmizləmək olar.
- Bir çox diyetoloq ağ rəngli 3 qidanı (şəkər, duz və un) rasiondan tamamilə çıxarmağı məsləhət görür. Sizin də belə qadağalarınız varmı?
- Yox, demək olar ki, heç nəyi qadağan etmirəm. Təbii ki, kremli tortlar, cipsilər və ya həddən artıq yağlı, şəkərli qidalar yemək olmaz. Ancaq, ümumiyyətlə, şəkərdən və ya duzdan imtina etmək doğru deyil. Əsas hansı qidanı nə ilə yeməli olduğunu bilməkdir. Çünki elə qidalar var ki, onları birlikdə yedikdə həzm sisteminə zərər verir, kökəldir. Qida kombinasiyalarını doğru müəyyənləşdirmək lazımdır. Məsələn, səhərlər və ya ara vaxtlarda krep, biskvit və ya südlü şirniyyatlar yemək olar. Təbii ki, bunlardan sadəcə birini seçmək lazımdır. Buna gün ərzində sadəcə bir dəfə icazə var. Un məmulatlarını da həftədə 1-2 dəfə qəbul etmək mümkündür. Qidalardan tamamilə, imtina etmək iradəni zəiflədir və belə halda pəhriz davamlı olmur. Sağlam qidalanma tərzinə keçmək üçün hər şeydən az-az yemək məsləhətdir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 994
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri