Arıqlamaq üçün bunları yeyin

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 805
Səs ver:
(səs: 0)
Türkiyəli dietoloq Serkan Tutar arıqlamaq istəyən xanımlara məsləhətlər verib  o, səhər yeməyində banan, qəhvə və yumurtaya üstünlük verən insanların istəyinə daha tez çatdığını deyib.
 
Qəhvə
Qəhvənin tərkibində olan kofein bədənə enerji verir. Əgər səhərlər idman edirsinizsə, idmandan 45 dəqiqə əvvəl qəhvə için. Qəhvə bədəni tərlədərək  daha çox kaloridən azad olmağa kömək edir. Lakin təzyiq problemi olanlara səhərlər qəhvə içmək məsləhət görülmür.
 
Banan
Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doyuzdurub toxluq hissi verir. Tərkibindəki zəngin kalium ürəyə çox faydalıdır, eyni zamanda, bağırsaq xəstəliklərinə müalicəedici təsir göstərir. Banan həmçinin immun sistemini gücləndirən meyvələr siyahına daxildir.
 
Yumurta
Əsas zülal mənbəyinin yumurta olduğunu yaxşı bilirik. Əgər ideal bədən quruluşuna sahib olmaq istəyirsinizsə, yumurtanı qidalanma rasionuna mütləq daxil edin. Səhər yeməyində omlet və ya qaynadılmış yumurta yemək sizi gün ərzində uzun müddət tox saxlayacaq.
Qarağat
 
Bu giləmeyvə bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Səhər yeməklərində istifadəsi faydalıdır. Qarağat həmçinin immun sistemini gücləndirib orqanizmi infeksiyalardan müdafiə edir.
 
Çiyələk
B və C vitamininin zəngin mənbəyi olan çiyələk damar tıxanıqlığını aradan qaldırıb xolesterini azaldır. Bundan başqa, tərkibi fosfor və dəmirlə boldur. Günü daha sakit və sağlam keçirmək istəyirsinizsə, səhərlər 8-10 ədəd çiyələk yeyin.
 
Çay
Çayın sinirləri sakitləşdirici təsiri hamıya məlumdur. Amma çox çay içmək qırmızı qan hüceyrələrinin azalmasına səbəb olur. Odur ki, çayı mümkün olduqca açıq için.
 
Süd
Səhərlər zülalla zəngin olan qidaları yesəniz, həm uzun müddət tox qalacaq, həm də daha tez arıqlayacaqsınız. Həmçinin südün tərkibindəki kalsium sümük və diş sağlamlığı üçün əhəmiyyətlidir.
 
Kəpəkli çörək
Əgər səhər yeməyə vaxtınız yoxdursa, kəpəkli çörəyin arasına pendir və tərəvəz qoyub tost düzəldin. Kəpəkli çörək bədəni ehtiyacı olduğu enerji ilə təmin edir və toxluq hiss verir. Çörəyin arasındakı pendir isə orqanizmi ehtiyacı olduğu zülalla təmin edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri