Bu toxumlar sayəsində sürətlə arıqlayacaqsınız

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 956
Səs ver:
(səs: 3)
Dietoloqlar arıqlamaq istəyənlərə toxumlardan faydalanmağı məsləhət görürlər.
Son illər aparılan araşdırmalar xüsusilə, 4 bitkinin toxumunun arıqlamağa kömək etdiyini üzə çıxarıb.
 
Çiya (Chia) toxumu
Bu toxum liflərlə zəngindir. Ona görə də, maddələr mübadiləsini sürətləndirir. Çiya toxumu sağlam arıqlamağa kömək edir. Tərkibindəki omeqa 3 yağ turşuları orqanizmdəki zərərli yağları parçalayır və xolesterinin səviyyəsini aşağı salır. Çiya toxumunu salatlara, qatığa və ya kokteylərə qarışdırıb qəbul etmək olar.
 
Kətan toxumu
Kətan toxumu da zəngin lif qaynaqlarından biridir. Bu toxum qəbizliyin qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır. Araşdırmalar kətan toxumunda balıqdan daha çox omeqa 3 turşusu olduğunu göstərib. Kətan toxumunu da salat və qatıqla yemək mümkündür.
 
Xardal toxumu
Digər toxumlardan fərqli olaarq xardal toxumunu yeməklərdə də istifadə etmək olur. Balıq və ət yeməklərinə ləzzət verir. Xardal toxumu omeqa-3 turşusu,  kalsium, lif, dəmir, maqnezium, fosfor, zülal və sinklə zəngindir.
 
Günəbaxan tumu
Günəbaxan tumunu demək olar ki, hamı sevir. Ancaq onun orqanizmə faydalı olması və sizi arıqlatması üçün duzsuz olanlarından yeməlisiniz. Çünki duzlu günəbaxan tumu arıqlatmaq əvəzinə suyun bədəninizdə yığılıb qalmasına və böyrəklərin yorulmasına səbəb ola bilər.
Duzsuz günəbaxan tumu isə toxluq hissi verir, maddələr mübadiləsini sürətləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Gündə iki xörək qaşığı günəbaxan tumu yeməyiniz kifayətdir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 956
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri