Sağlam arıqlama

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 788
Səs ver:
(səs: 2)
alt



Arıqlama problemi bir çox qadını narahat edir. İstənilən qadın kollektivində ən mühüm mözulardan həmişə biri budur. Gəlin birgə ən əhəmiyyətli qaydaları yığmağa cəhd edək, hannsı ki, istənilən pəhrizi daha da effektiv edəcəkdir.

Bir neçə sadə qayda mövcuddur, hansı ki, istənilən pəhrizin məhsuldarlığını yüksəltməyə bacarıqlıdır. Bu qaydaların hər biri pəhrizin əsas çətinliklərini neytrallaşdırılmasına yönəlmişdir – kəskin aclıq hissi, əsəbilik və arzuları pozmağı bir sözlə bağlayacaq. Axı niyə pəhrizlər bəzən işləmir? Çünki biz, hədəf orqanizm üçün icrası mümkün olmayanları qarşıya qoyuruq – nəyin bahasına olursa olsun arıqlamaq. Sevimli şirniyyatlardan qəbul etməyərək özümüzə həddindən artıq sərt çərçivələr qoyuruq.

Ancaq orqanizm – ağıllı və bir o qədər də mürəkkəbdir. İstənilən pəhriz vaxtı maddələr mübadiləsi yavaşıyır, ona görə "aclıq" başlayır və bizim bədənimiz piy ehtiyatlarını ayrmağa tələsmir. Biz qarabaşağı və xiyarı yeyərək, özümüzü həyatın bütün sevinclərindən məhrum edirik,ancaq çəki bizi tərk etməyə tələsmir. Ancaq biz arıqlamağın 5 qaydasını tətbiq edərək piyləri əridib maddələr,mübadiləsinin tam öz gücü ilə işləməyə kömək edəcəyik


1. Səhər yeməyini buraxmayın
Arıqlayanlar arasında yanılış bir fikir mövcuddur ki, bir az pendir və bir fincan şəkərsiz qəhvə – pəhriz vaxtı ən normal səhər yeməyidir və yaxud da daha pis-ümumiyyətlə səhər yeməyini yeməmək. Ancaq dünyanın bütün dietoloqları bunu əksini sübut ediblər-nə qədər səhər yeməyi daha doyumlu yeyilərsə, o qədər kalori çox sərf edilir. Əlbəttə, səhər menyusu sağlam olmalıdır və beyinin işi üçün bütöv dənlər, zülallar və şəkər də bura daxil edilməlidir. Mükəmməl səhər yeməyi: Suda bişrilmiş yulaf sıyığına bir çay qaşığı bal qatılıb yeyilməli, həmçinin buğda unundan hazırlanmış çörəyə bir az yağ və pendir qoyaraq və yaxud da buğda bişrilmiş ətlə buterbrod düzəldib yemək lazımdır. İçkilərdən – çay və ya qəhvə. Belə səhər yeməyi sayəsində nahar vaxtı qadağan edilmiş şeylərlə qəlyanaltı etmək arzusu keçəcək.
Əgər siz sərt pəhrizdəsinizsə, bir boşqab sıyıq və pendirin tikəsin qalmaq şərti ilə, çörək və yağı çıxara bilərsiz.

2. Dadlı – bu o demək deyik ki zərərlidir
Pəhrizlərin əksəriyyəti makaron məmulatlarını istifadə etməyi qadağan edirlər. Ancaq boş yerə. Makaronlar özləri zərərli deyillər amma onlara verilən souslar və hər cür toppinqlər zərərlidir. Əksər hallarda makaronlar qaymaqlı sousla verilir. Zeytun yağının minimal əlavə edilməsiylə pomidorlar, şərab, vegeterian pestosu əsasında sousları hazırlayın. Yağlı ətlər əvəzinə dəniz məhsullarından və krevetlərdən istifadə edəcəksiiz. Ancaq parmezan və çedder kimi pendirlərdən imtina etməli olacaqsınız,çünki onun tərkibində çox miqdarda duz və yağlar olur. Kəsmik növlərindən aşağı yağlılıqlı kəsmiklərdən istifadə edin

3. Düzgün hazırlayın

Qidanın hazırlanması üsulundan çox şey asılıdır. Ciddi pəhriz vaxtı buxarda və ya qrildə hazırlanmış məhsulları istifadə etmək olar. Hətta nəinki pəhriz zamanı adi yeməklərdə də düzgün yemək hazırlamaq vədişi sizin sağlam bədəninizdə və dərinizdə də əks olacaq.

4. Özünüzü desertən məhrum etməyin
Pəhriz vaxtı desert yemək – bu mümkündür! Sadəcə zərərli şirniləri dəyişdirməyə cəhd edin. Şokoladı, bişirməni və yağlı dondurmanı meyvə-giləmeyvə parfesi ilə, suflesiylə və sorbetlərlə əvəz edin. Şokoladsız marmelad, pastila və zefir həmçinin yağı özündə saxlamadığından daha təhlükəsizdir.Əlbəttə ki təzə meyvələri və giləmeyvələri unutmayın.

5. Otları sevin

Hər cür ədviyyatlar və ətirli otlardan istifadə etmək üsulları duzu əvəz etmək üçün asan bir vasitədir: onlar rəngarəng dadlara malikdirlər, yeməyi ədviyyəli və iştahalı edirlər. Bundan başqa, bəzi ədviyyatlar, məsələn-karri, sarımsaq, soğan, tərxun, cəfəri, Çili istiotu və zəncəfil maddələr mübadiləsini sürətləndirməyə və piylərin əriməsinə kömək edir.

Yaşıl çay – olduqca faydalı içkidir, ancaq diyetoloqlar gündə 3 fincandan çox içməyi məsləhət görmürlər. Onu müalicə otlarının daha az faydalı növləri ilə əvəz edin,məsələn– nanə, çobanyastığı və ya badrənclə. Onları praktik olaraq məhdudiyyətsiz içmək olar, həmçinin zəncəfilli və limonlu çaylardan da istifadə etmək olar
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 5 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri