Gündə beş dəfə pəhrizi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 858
Səs ver:
(səs: 0)
Tərəvəzlər və meyvələr sağlamlığımız üçün vacibdir. Onları çəki itirmək üçün sehrli çubuq adlandırmaq olar *

“Gündə beş dəfə” pəhrizi sağlam qalmağa, yaxşı görünməyə və əla hiss etməyə kömək edir. Həmçinin çəki itirirsiniz, çünki tərəvəzlər və meyvələrin tərkibində yağ yoxdur (avokado və zeytunlar istisna olmaqla), aclıq hiss etmirsiniz, çünki istədiyiniz qədər tərəvəz yeyə bilərsiniz!
"Gündə beş dəfə" pəhrizi

Porsiya azdır
Tərəvəzlə təminat o qədər də çox deyil. Qida ekspertlərinin dediyinə görə, bu təminat yarım meyvə, yarım fincan tərəvəzlər, 200ml meyvə və ya tərəvəz şirəsi və ya bir ovuc quru meyvə ola bilər.

Dərman və kosmetika
Gündəlik, yalnız 500-700 qr tərəvəz və meyvə orqanizmə xəstəliklə mübarizə aparmaqda kömək edir, pəhrizi gücləndirir, yaşlanma prosesini yavaşlatır, dərini və saçı inkişaf etdirir və sizə yaxşı əhval-ruhiyyə verir.

Meyvə və tərəvəzlər qiymətli qidalandırıcı inqrediyentlərdən ibarətdir: vitaminlər, minerallar, enzimlər, lif, antioksidantlar, ona görə də bədənə təsiri çox yaxşıdır. Bununla yanaşı, onlar dadlıdır, qoxusu əladır və gözəl görünürlər. Onlar həzm şirəsini artırmaqla həzmə kömək edir.

Nümunəvi menyu:
Səhər yeməyi
Yarım stəkan tərəvəz şirəsi ( kök, kök və kərəviz, pomidor), sendviçə kasnı və ya göy sarımsaq, qırmızı turp əlavə oluna bilər.

Lanç
Qara çörək ilə tərəvəz salatı, və ya salatla sendviç, göyərtilər, xiyar və ya turşu, bibər və ya pomidor.

Nahar
İlkin yemək üçün təzə bitkilərdən ( cəfəri, sarımsaq və ya reyhan) sup. Əsas yemək üçün buxara verilmiş tərəvəzlər və salatla ət və ya balıq seçmək olar. Buxara verilmiş tərəvəzlərlə arpa yeməyi yemək daha yaxşı olar.
Çay

Bir dilim meyvə.

Şam yeməyi
Əgər nahar etməmisizsə, tərəvəz supu içmək olar ( ətli olmamalıdır). Sendviçə tərəvəz əlavə etməyi unutmayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri