Artıq çəkidən azad olmaq istəyən xanımlar bəzi qaydalara əməl etməklə istədikləri görkəmə tez bir zamanda çata
biləcəklər. Odur ki, diqqətli olun.
Səhər yuxudan oyanan kimi ilk işiniz 2 stəkan otaq temperaturunda olan su içməlisiniz.
o Gün ərzində isə mütəxəssislər 3 litrə qədər suyun qəbul edilməsini vacib sayırlar. Ağız dadınıza görə suyun içərisinə ya limon yaxud da almaq sirkəsi əlavə edə bilərsiniz.
o Yemək yeyərkən qəti surətdə su içməyin. Yeməkdən yarım saat əvvəl və bir saat sonra su qəbul edə bilərsiniz.
o Hazır meyvə şirələrindən və qazlı içkilərdən uzaq durmağınız məsləhət görülür.
o Şam yeməyini bir az erkən yeyin, gün batınca isə şorbadan başqa heç nə yeməyin.
o Yaxşı olar ki, ağ undan hazırlanmış çörəklərə üstünlük verməyəsiniz.
o Hər gün açıq havada ən azı 30 dəqiqə piyada gəzin.
o Artıq çəkini atdığınız zamanlar, yeməyinizə diqqət yetirdiyiniz vaxtlar süd, pendir, qatıq, yumurta və toyuq ətindən uzaq durun.
o Və neçə kilo atmaq istəyirsinizsə onu 3-ə vurun. Məsələn. 3 kilo atmaq istəyirsinizsə deməli, 9 gün bu proses davam etməlidir.
Redakte etdi: Pretty girl