Arıqlamağın faydaları. 5 XƏSTƏLİKDƏN qorunacaqsınız!

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 4 503
Səs ver:
(səs: 0)
Bədən çəkisinin normal olması insanın sağlamlığında olduqca böyük rol oynayır. Məhz bu səbəbdən bir çox xəstəliklərin əsas profilaktik tədbirlərindən biri bədən çəkisini normada saxlamaqdır.

Arıqlamağın faydaları. 5 XƏSTƏLİKDƏN qorunacaqsınız!


Artıq çəkidən azad olmaqla siz özünüzü bir çox ciddi xəstəliklərdən qoruya bilərsiniz:
- Ürək-damar sistemi xəstəlikləri.
Artıq çəkisi olan insanlarda normal çəkisi olan insanlarla müqayisədə ürə-damar sistemi xəstəliklərinin riski 3-4 dəfə çoxdur. Belə insanlarda ürək böyük gərginliyə məruz qalır və bu ürəyin daha tez yaşlanmasına, ürəkdə müxtəlif pozulmaların əmələ gəlməsinə səbəb olur.

Bu səbəbdən artıq çəkidən azad olmaqla bu xəstəliklərinin riskini xeyli azaltmaq mümkündür. Nəzərə almaq lazımdır ki, bütün dünyada ürək-damarsistemi xəstəlikləri ölümün əsas səbəbi sayılır.

- Şəkərli diabet.
Statistika göstərir ki, 2-ci tip şəkərli diabeti olan insanların 90%-də artıq çəki var. Piylənmə zamanı karbohidratların mübadiləsi pozulur, hüceyrələrin insulinə qarşı həssaslığı azalır. Bunlar isə şəkərli diabetin inkişafına təkan verir.

Şəkərli diabetin əsas profilaktik tədbiri bədən çəkisini normada saxlamaqdır.

Şəkərli diabet xəstəliyi olan insanlarda çəkinin azalması vəziyyətini xeyli yaxşılaşdırır.

- Qaraciyərin piylənməsi (hepatoz).
Artıq çəkisi olan insanlarda piy qaraciydə yığılmağa başlayır. Nəticədə orqanın fəaliyyətini pozulur, ağır, geriyədönməz pozulmalar inkişaf edir (sirrozun inkişafına qədər).

Arıqlamaqla siz özünüzü ağır qaraciyər xəstəliklərindən qoruya bilərsiniz.

- Oynaq xəstəlikləri.
Artıq çəkisi olan insanlarda oynaqlar (söhbət bütün oynaqlardan və o cümlədən onurğa sütünundan gedir) həddindən artıq yüklənir və bu da oynaqlarda pozulmaların inkişafına gətirib çıxardır.

- Menstrual dövrünün pozulması və sonsuzluq.
Piy toxuması qadın hormonlarını ifraz etmək qabiliyyətinə malikdir. Qadın orqanizmində cinsi hormonların balansının pozulması (onların artıqlığı və ya əskikliyi) menstrual dövrünün pozulmasına, ovulyasiya ilə olan problemlərə və nəticədə sonsuzluğa səbəb ola bilər.

Məhz bu səbəbdən həkimlər sonsuzluqdan əziyyət çəkən artıq çəkisi olan qadınlara bədən çəkisini normallaşdırmağı tövsiyə edirlər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri