Soğan suyu ilə arıqlama...

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 38 428
Səs ver:
(səs: 3)

Bir çoxunuz soğan suyu ilə zəifləmə  prossesini yəqin eşitmisiniz. Bitki mənşəli kilo vermə üsulları haqqında məlumat sahibi olmaq istəyən ziyarətçilərimiz üçün sizlərə mütəxəssislərin açıqlamış olduğu soğan suyu ilə kilo verilərmi sualınıza cavab verəcək şərhi paylaşıram.



 



 

Quercetin adlı antioksidan baxımından zəngin olan soğan eyni zamanda yüksək lif məzmunuyla daha uzun müddət toxluq hissi yaşamanızı təmin edə bilər. Bu səbəblə soğan suyu zəiflədərmi sualına cavabımız; tək başına zəiflətməz ancaq diyet proqramınızı müvəffəqiyyətlə davam etdirə bilməniz üçün sizə köməkçi olar.

Soğan, bir növ antioksidan olan "quercetin" üçün yaxşı bir qaynaqdır. Bu antioksidan iltihablara yaxşı gəlir eyni zamanda enerjini yüksəldər. Xüsusilə aşağı kalorili diyet proqramı tətbiq edənlərin ən əhəmiyyətli şikayəti olan "halsızlıq" vəziyyətinə yaxşı gələ bilər. Soğan istifadə edilən yeməklərin həm ləzzəti daha çox olar həm də kalorisinə ekstra  bir əlavə  etmiş olmazsınız. Bu  baxımdan  soğan istifadə etmək daha az kaloriylə daha ləzzətli yeməklər hazırlamaq üçün  üstünlüklüdür. 1 orta boy soğan təxminən 44 kalori ehtiva edər.

Diyet siyahılarında iştahı kəsmək üçün istifadə edilən digər lifli qidalar arasında soğanı da daxil edə bilərik. Soğan suyunu yeməklər arasında yarım çay stəkanı qədər istehlak edə bilərsiniz. Ancaq mədə narahatlıqları olanlar soğan suyu içdiyində mədə yanması yaşaya bilər. Belə bir vəziyyətdə soğanı bişirərək yeməklərdə istifadə edə bilər ya da soğan şorbası şəklində istehlak edə bilərsiniz.

Orta Boy Bir Soğanın Qida Dəyərləri: Gündəlik C vitamini ehtiyacınızın %20′sini qarşılayar, 190 mg kalium ehtiva edər və gündəlik kalsiumla dəmir ehtiyacınızın təxminən %4nü tək başına qarşılayar.


 Tərcümə etdi və hazırladı : PURE LOVE

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 38 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri