Asan pəhriz necə edilir?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 11 929
Səs ver:
(səs: 0)
Asan diyet, gündəlik təkrarlananlarınızı axsatmadan şüurlu bir şəkildə bəslənərək kilo vermənizi təmin edər. Budur asan diyet edərkən diqqət etməniz lazım olanlar:

1. Çayı və qəhvəni şəkərsiz içməyi heç olmasa sınamalısınız. Şəkər yağla birlikdə alındığında doğrudan yağa çevrilər. Dayandıq yerdə yağlanılmağa nə ehtiyac var? Asan diyetin ilk şərti yağlanmağa səbəb olan vərdişləri təşkil etmək.

2. Təzə meyvə yeməyi seçin, tapa bilmədiyinizdə ya da arada bir quru meyvə də yeyə bilərsiniz. Meyvə yeməsəniz qan şəkəriniz sürətli düşər, bu da aclıq hissi deməkdir.

3. Cəfəri çox suyu atmanızı asanlaşdırar. Nanə maddələr mübadiləsini sürətləndirər. Şüyüdü yeməkdən on beş dəqiqə əvvəl yersinizsə aclığınızı yatırar və çox yemənizə mane olar.

4. Yeməklərdə yediyiniz yaşıl salat, tərkibindəki liflər sayəsində sizi daha uzun müddət tox tutar. Ancaq ola bildiyincə az zeytunyağı istifadə edin. Çünki ehtiyacınız olan yağı onsuz da yeməklərdən alarsınız.

5. Ana və ara paysaatlarınızı özünüz nizamlaya bilərsiniz. Asan diyeti çətinləşdirən məcburiyyətlərdir.

6. Marketlərdəki light biskvit variantlarını mütləq sınayın. Diyetiniz müddətində yalnız sevdiyiniz biskvitləri yeyin.

7. Diyet edirsiniz deyə sevmədiyiniz yeməklərə məhkum etməyin özünüzü. Sevdiyiniz dadlardan məhrum qalsanız ilk fürsətdə yalnız onları yeyərsiniz. Heç məhrum qalmasanız diyet etdiyinizi anlamadan kilo verərsiniz. Asan diyet asan yaşamaq deməkdir.

8. Ola bildiyincə yeməklərin suyuna çörək batırıb yeməyin. Yeməyin yağı sunundadır və nə qədər az yağ alsanız anbardakı yağları o qədər tez əridərsiniz.

Asan diyet siyahısı

Səhər
2 böyük kibrit qutusu qədər pendir
1 yumurta
1 pomidor, 1 xiyar, şüyüd, nanə, cəfəri qarışığı
1 dilim çörək
Çay, bitki çayı və ya qəhvə

Ara pay 1
Orta böyüklükdə 1 meyvə

Günorta
1 qab (200 qr. qədər) tərəvəz yeməyi ya da 1 boşqab balıq və ya ət
1 kasa şorba
Tərəvəz salatı
1 dilim çörək

Ara pay 2
1 orta böyüklükdə meyvə

Ara pay 3
1 stəkan ayran və ya süd
1 dilim çörək və ya 3 dilim light biskvit

Axşam
1 qab (200 qr. qədər) tərəvəz yeməyi ya da 1 boşqab balıq və ya ət
1 kasa şorba
Tərəvəz salatı
1 dilim çörək

Ara pay 4
1 orta böyüklükdə meyvə
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 11 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri