Çox yatmaq piy yaratmır

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 3 854
Səs ver:
(səs: 0)
İsveçrədə keçirilən araşdırmanın nəticələrinə görə, gün ərzində 7- 8 saatdan az yatan xanımların bel nahiyələri daha çox piylənir. Upsala Universitetində Ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim Cenni Seorell Haqlovun rəhbərliyi ilə 50 yaşdan aşağı 6500 qadın üzərində araşdırma həyata keçirilib. Araşdırma zamanı gün ərzində 7 - 8 saatdan az yatan xanımların bel bölgələrinin daha çox piyləndiyi ortaya çıxıb. Həkim Cenni Seorell gündə 5 saat yatan qadının bel bölgəsinin 8 saat yatan qadının belindən 6 santimetr daha qalın olduğunu bildirib.

7-8 saatdan az yatan qadınların belinin ölçüsünün 89,9 santimetrə çatdığını deyən mütəxəssisin sözlərinə görə, bel nahiyələrinin bu cür qalın olması onlarda diabet və ürək-damar xəstəliklərinin riskini artırır. Az yatan xanımların bel nahiyəsinin piylənməsinin səbəbləri yemək yeməyə çox vaxt ayrılması, boy və kortizol hormonlarının ifrazının təsir görməsidir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri